Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:33

ABŞ terror təhdidlərinin qaldığını bildirir


İslam Dövləti qruplaşması üzvü
İslam Dövləti qruplaşması üzvü

ABŞ Prezidenti Donald Trump administrasiyası 2019-cu ildə dünyada “təhlükəli terror təhdidlərinin qaldığını” bildirir. Eyni zamanda İran, İslam Dövləti (İD) ekstremist qruplaşması və Al-Qaeda-nın ciddi geriləmə yaşadığı vurğulanır.

Dövlət Departamenti iyunun 24-də terrorçuluq üzrə illik hesabatını açıqlayıb. Hesabatda ağdərililər tərəfindən irqçi hücumların artdığı bildirilir.

İran və Al-Qaeda əməkdaşlığı

İran hesabatda “dünyada terrorçuluğun ən pis dövlət sponsoru” adlandırılır, onun proksilərinin “qlobal miqyasda terror hücumları planlaşdıraraq həyata keçirdiyi” vurğulanır.

Tehran Al-Qaeda-ya onun ərazisində “asanlaşdırıcı şəbəkə” saxlamağa icazə verir, “Əfqanıstan və Suriyada münaqişə zonalarına pul və döyüşçü göndərir, Al-Qaeda üzvlərinin ölkə ərazisində yaşamasına icazə verir”, – hesabatda vurğulanır.

“İran rejimi Bəhreyn, İraq, Livan, Suriya və Yəməndə birbaşa və proksiləri vasitələri zorakılığı qızışdırmaqda davam edir”, – sənəddə qeyd edilir.

İraq və Suriyada ərazi, eləcə də liderini itirməsinə baxmayaraq, İD ekstremist qrupu “dünyanın müxtəlif yerlərindəki törəmələri vasitəsilə, eləcə də tərəfdarlarını hücumlar törətməyə həvəsləndirməklə vuruşmağa adaptasiya olundu”, – hesabatda bildirilir.

Ağdərililərin hücumları, Azərbaycan

Dövlət Departamenti dünyada ağdərili irqçilərin hücumlarının artmasının xüsusi narahatlıq, qlobal ictimaiyyətə ciddi problem adlandırıb.

2019-cu ildə Yeni Zelandiyada, Almaniyada, Birləşmiş Ştatlarda və başqa yerlərdə saysız belə hücumlar törədildiyi vurğulanır.

Hesabatda deyilir ki, 2019-cu ildə Azərbaycan hökuməti terror cəhdlərinin aşkarlanması və qarşısının alınması üçün fəal şəkildə çalışıb. Bu cəhdlərə quru və dəniz sərhədləri daxilində, eləcə də Cənubi Qafqazda adam, pul, material daşımaq daxildir.

“Azərbaycanın hüquq mühafizə və təhlükəsizlik xidmətləri terror hücumlarının pozulması və qarşısının alınması üçün əməliyyatlar aparıb, şübhəli terrorçuları həbs edərək mühakimə edib, Azərbaycandan kənardakı terrorçu qruplara qoşulmaqda və onları maliyyələşdirməkdə şübhəli bilinən azərbaycanlıları ölkəyə qayıdandan sonra mühakimə edib”, – deyə hesabatda vurğulanır.

Sənəddə Azərbaycanın NATO-nun Əfqanıstandakı dəstək missiyasında iştirak etdiyi, həmin ölkəyə 120 sülhməramlı göndərdiyi, Əfqanıstan Milli Ordusunun Etimad Fonduna töhfə verdiyi qeyd olunur.

XS
SM
MD
LG