Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:30

İranda səs yazısı qalmaqalı böyüyür


Məhəmməd Cavad Zərif
Məhəmməd Cavad Zərif

Zərif aprelin 28-də Instagram-da yazıb ki, həmin audiodakı fikirlərinin “əsas məqamı” “bu iki qanadın münasibətinin ağılla uyğunlaşdırılması ehtiyacı”dır

Tehran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısının yayılmasında əli olduğu düşünülən 15 nəfərə səfər qadağanı qoyub.

Bu barədə məlumatı aprelin 29-da ISNA agentliyi verib.

Bu səs yazısı nazirin geniş müsahibəsində yayınlanması nəzərdə tutulmayan hissə idi.

Zərif həmin hissəsdə İslam İnqilabı Keşikçiləri Korpusunun ölkə siyasətində oynadığı aşırı roldan gileylənirdi.

Londonda mənzillənmiş farsdilli peyk telekanalının aprelin 25-də səsləndirdiyi audioyazıda Zərif xarici siyasətdəki nüfuzunun “sıfır” olduğunu deyirdi.

ISNA ölkə ədliyyəsinə istinadən xəbər verir ki, həmin müsahibə ilə əlaqəsi olan 15 nəfərə səfər etmək qadağan olunub.

Səs yazısı İran mühafizəkarlarını qəzəblənirib. Onlar səs yazısının sızmasını “casusluq aktı” adlandırır, Məhəmməd Cavad Zərifin istefasını tələb edirlər.

IRNA dövlət xəbər agentliyinin verdiyi məlumata görə prezident Həsən Ruhani aprelin 29-da müsahibəni hazırlayan qurumun başçısını vəzifəsindən kənarlaşdırıb.

Hakimiyyət bildirir ki, müsahibə hökumət rəsmiləri ilə bağlı geniş bir layihə üçün hazırlanırdı və ictimaiyyətə açıqlanmaq üçün yox, xidməti istifadə üçün nəzərdə tutulmuşdu.

IRNA xəbər verir ki, Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Hüsaməddim Aşenanı həmin postda kabinet sözçüsü Əli Rabieyi əvəz edib.

Media xəbərlərinə görə Zəriflə 7 saatlıq müsahibədə şəxsən iştirak edən Aşena həm də prezidentin müşavirlərindəndir.

Region ölkələrinə səfərdə olan Zərif səs yazısının sızmasından təəssüf bildirib və deyib ki, onun dedikləri təhrif olunub.

Ruhani səs yazısının yayılmasını nüvə danışıqları ilə bağlayır

İran Prezident Həsən Ruhani deyir ki, xarici işlərinin nazirinin səsyazısının sızdırılmasında məqsəd nüvə danışıqları vaxtı “bölücülük” yaratmaqdır. Məhəmməd Cavad Zərif həmin səsyazısında öz səlahiyyətinin məhdudluğundan danışır.

Hazırda İranla dünya gücləri 2015-ci il nüvə sazişini dirçəltməyə çalışırlar.

Kəşfiyyat Nazirliyi “bu lentin necə oğurlanmasını tapmaqdan ötrü əlindən gələni etməlidir”, – Ruhani aprelin 28-də hökumətin həftəlik iclasında deyib.

“Biz yalnız birlik yoluyla sanksiyaları qaldıra bilərik”, – o, sözlərinə əlavə edib.

Vyana danışıqlarının hədəfi Birləşmiş Ştatları 2015-ci il sazişinə qaytarmaq, Tehranı öhdəliklərini əməl etməyə inandırmaqdır.

Ruhaninin prezidentliyinin birinci dönəmində, Zərifin başçılığı ilə aparılan danışıqlar nəticəsində nüvə sazişi imzalanıb. Bundan sonra İranın nüvə proqramını məhdudlaşdırması əvəzində Tehrana beynəlxalq sanksiyalar qaldırılıb.

Ancaq Donald Tramp 2018-ci ildə Vaşinqtonu sazişdən çıxararaq sanksiyaları bərpa edib. Bundan bir il sonra İran da nüvə fəaliyyətini sürətləndirib.

***

Zərif orduyla diplomatiyanı ‘uyğunlaşdırmaq’dan danışır

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif orduyla diplomatiya arasında “ağıllı uyğunlaşdırma” tərəfdarı olduğunu deyir. O, səs yazısı qalmaqalından sonra ilk açıqlamasını verib.

Həmin səs yazısında Zərif deyir ki, İran ordusu nə nüfuzlu İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) diplomatiyaya çox təsir göstərir.

Zərif aprelin 28-də Instagram-da yazıb ki, həmin audiodakı fikirlərində “əsas məqam” “bu iki qanadın münasibətinin ağılla uyğunlaşdırılması ehtiyacı”dır.

O, “hüququ strukturlar vasitəsilə və ali dini liderin rəhbərin nəzarəti altında prioritetlər müəyyənləşdirməyin” vacibliyini də vurğulayıb.

“Diplomatiyanı orduya qurban vermişəm”

Zərifin səsyazısı aprelin 25-də İrandan kənarda olan media orqanlarında yayılıb, mühafizəkar media və siyasətçilərin kəskin reaksiyasını doğurub.

“İslam respublikasını idarə edən hərbi sahədir. Mən diplomatiyanı ona xidmət edən sahəyə deyil, orduya qurban vermişəm”, – Zərif üç saatlıq audioyazıda deyir. Onun sitatlarını “The New York Times” dərc edib.

Zərif səsyazısında mərhum general mayor Qasım Süleymaninin xarici siyasət üzərindəki nüfuzundan gileylənir. Nazir eyham vurur ki, İİKK komandiri Süleymani 2015-ci ildə Rusiyayla əlbirliyə getməklə İranın dünya gücləri ilə nüvə sazişini pozmağa çalışıb.

Süleymani 2020-ci ilin yanvarında Bağdad yaxınlığında ABŞ-ın dron zərbəsilə öldürülüb. O zaman Birləşmiş Ştatlar və İran müharibə həddinə çatmışdı.

Zərif Instagram postunda “diplomatiya və hərbi sahənin sinerji ehtiyacına dair gizli nəzəri söhbətin... daxili çəkişməyə çevrilməsini” pisləyib.

“Özəl ortamda səmimi və çılğın arqument şəxsi tənqid kim yozulub”, – nazir yazır.

Cinayət işi açılıb

Bir gün öncə isə hökumətin sözçüsü elan edib ki, Prezident Həsən Ruhani Kəşfiyyat Nazirliyinə “oğurlanmış” səsyazısını kimin sızdırdığını müəyyənləşdirmək göstərişi verib, sızdırmanı “hökumətə, sistemə, effektiv daxili qurumların bütövlüyünə, eləcə də dövlət maraqlarımıza qarşı sui-qəsd” adlandırıb.

Xarici İşlər nazirliyi səsyazısının “selektiv” montaj olunduğunu, yeddi saatlıq müsahibədən yalnız "şəxsi fikirlər"in yayıldığını bildirib.

Tehran Prokurorluğu məsələ üzrə cinayət işi açdığını bəyan edib.

ISNA yarırəsmi xəbər agentliyinin məlumatına görə, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Zərifi çağırıb.

Bu səsyazısı İranda 18 iyun prezident seçkisindən öncə yayılıb. Mötədil Ruhani iki müddətdən sonra vəzifədən getməlidir. Ötən il mühafizəkarlar parlament seçkisində yaxşı nəticə göstəriblər.

XS
SM
MD
LG