Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:35

«Bələdiyyələrin satılası torpağı qalmayıb»


«Bütün bələdiyyələrə müraciət olunub ki, torpaqların icarəsini və satışını dayandırsınlar»
«Bütün bələdiyyələrə müraciət olunub ki, torpaqların icarəsini və satışını dayandırsınlar»

Bələdiyyələrdən torpaq alanlar ehtiyatlı olmalıdırlar. Yoxsa, necə deyərlər Əli aşından da olarlar, Vəli aşından da. Əgər vətəndaşlar torpağı bələdiyyədən 2007-ci il dekabrın 1-dən sonra alıblarsa və ya icarəyə götürüblərsə, ən ciddi problemlə də elə onlar üzləşəcəklər. Belə ki, həmin tarixdən bələdiyyə torpaqlarının satışı, icarəyə verilməsi və istifadəsi müvəqqəti dayandırılıb.


Ötən ilin dekabrından bələdiyyələrin torpaq satışı və ya icarəyə verilməsi ilə bağlı qərarları qanunsuz hesab edilir. Həmin tarixdən Ədliyyə Nazirliyi bələdiyyələrə rəsmi müraciət göndərib ki, torpaq satışını və icarəsini dayandırsınlar. Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı Toqay Bayramovun dediyinə görə, belə bir müraciət hələ ötən ilin noyabrında bələdiyyələrə dair bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanunun qəbulundan sonra edilib. Həmin dəyişiklik və əlavələrə görə, bələdiyyə torpaqları yalnız iki - hərrac və müsabiqə yoluyla satıla və icarəyə verilə bilər. Əks təqdirdə, torpaq alan və ya icarəyə götürən həm torpaqdan məhrum olacaq, həm də torpağa xərclədiyi pul batacaq: «Bütün bələdiyyələrə müraciət olunub ki, torpaqların icarəsini və satışını dayandırsınlar. Ötən il dekabrın 1-dən hansı bələdiyyə torpaq sahəsi satıbsa, biz həmin sərəncamların ləğv edilməsilə bağlı müraciət etmişik. Bu müraciətlər yerinə yetirilməsə, məhkəməyə müraciət edəcəyik ki, həmin qərarlar ləğv edilsin».



Yeni qayda tətbiq olunandan sonra torpağı qalmayan bələdiyyənin nəyi hərraca çıxaracağı məlum deyil

Qanuna edilən dəyişiklik, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi, o cümlədən torpaq satışı və icarəsindən əldə olunan vəsaitlərin şəffaflığına xidmət etməyə yönəlsə də, bununla bağlı qaydalar müəyyən olunmadığından bələdiyyələr təxminən dörd aydan çoxdur ki, qeyri-müəyyən vəziyyətdə qalıblar. Badamdar Bələdiyyəsinin sədr müavini Ramiq Mustafa deyir ki, bələdiyyələrin büdcəsinin torpaq satışından və icarədən əldə edilən vəsaitlərdən formalaşdığı nəzərə alınsa, bu qərarın bələdiyyələrə nə qədər ziyan vurduğunu hesablamaq elə də çətin deyil.


Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının nümayəndəsi Nofəl Bağırov isə əsas problemi qaydaların müəyyənləşməməsində görür.


O, bələdiyyələrə məxsus torpaqların, obyektlərin satışının və icarəyə verilməsinin hərrac və ya müsabiqə yoluyla həyata keçirilməsini daha çox bələdiyyələrin xeyrinə olan məsələ sayır: «Hərraclar vasitəsilə əmlakın və torpağın satışından bələdiyyələrin büdcəsinə əlavə vəsaitlər cəlb olunacaq. Yəni dəyər-dəyməzinə torpaq satışının qarşısı alınacaq».


Nofəl Bağırov deyir ki, bələdiyyələrə məxsus torpaq və mülkiyyətin hərrac və müsabiqə yoluyla satılmasının bir müsbət cəhəti də o olacaq ki, bələdiyyələr bir mülkiyyətlə bağlı bir neçə adama eyni sənədi verə bilməyəcəklər: «Hərracda bu olmayacaq».


Bəzi bələdiyyələr isə bu qərarı gecikmiş adlandırırlar. Badamdar Bələdiyyəsinin nümayəndəsi Ramiq Mustafa deyir ki, əslində bələdiyyələrə məxsus torpaq və mülkiyyətin hərrac və müsabiqə yoluyla satışa çıxarılması bələdiyyələr yaradılanda tətbiq olunsaydı, daha effektli olardı, nəinki indi. Onun sözlərinə görə, artıq bir çox bələdiyyələrin satılası və ya icarəyə veriləsi torpağı qalmayıb. Yeni qayda tətbiq olunandan sonra torpağı qalmayan bələdiyyənin nəyi hərraca çıxaracağı məlum deyil. Bəzi mütəxəssislər isə problemi qaydaların müəyyən edilməsi və tətbiqinin gecikməsində görürlər. Onlar hesab edirlər ki, vaxtilə müəyyən icra hakimiyyətləri qadağalardan yan keçmək üçün sənədləşməni köhnə tarixlə apardıqları kimi, indi də yeni qaydaları gözləmək istəməyən bələdiyyələr vətəndaşlara köhnə tarixlərlə torpaq verməyə başlayacaqlar.


XS
SM
MD
LG