Rusiya BMT-nin Gürcüstanla bağlı iclasında iştirak etməyə hazırdır.
BMT Təhlükəsizlik Şurası Rusiyayla Gürcüstan arasındakı gərginliyi müzakirə etməyə hazırlaşır.
İclasın keçirilməsini Tbilisi istəyib. Gürcüstanı qəzəbləndirən Rusiyanın separatçı regionlar - Cənubi Osetiya və Abxaziyayla əlaqələridir.
Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Abxaziya və Osetiyayla bağlı bütün məsələləri müzakirə etməyə hazırdır.