Two women sitting on the floor of detention cell
Eksklüziv

Azərbaycanlı jurnalistlər barmaqlıqlar arxasından xəbərləri necə yayır

Hazırda Azərbaycanda 20-dən çox jurnalist və media işçisi həbsdədir. Onlar məhz jurnalist fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər. Di gəl, həbsdən də xəbər işini davam etdirirlər.

Mart 15, 2025

Elnara Gasimova

Hazırda Azərbaycanda azı 20 jurnalist dəmir barmaqlıqlar arxasındadır. Neftlə zəngin bu avtoritar ölkəni hakimiyyəti irsən almış prezident İlham Əliyev 20 ildən çoxdur idarə edir. Amma bütün bunlar onları jurnalistikadan sapdırmayıb.

Detention center

“Xəbəri hər yerdən tapmaq olar. Özəlliklə də hər şeyin gizlədildiyi təcridxanada saxlanırsansa”, – AbzasMedia araşdırma saytının jurnalistin Elnarə Qasımova deyir. İstintaq təcridxanasında, internetə çıxışı olmayan Azərbaycanlı jurnalistlər AzadlıqRadiosuna həbsdə xəbər işi ilə necə məşğul olmalarından danışıblar.

Elnara Gasimova

29 yaşlı Qasımova 2024-cü ilin yanvarından pul qaçaqmalçılığı ittihamı ilə həbsdədir. O və həbsdəki digər jurnalistlər ittihamları rədd edirlər. Qlobal insan haqları qrupları Azərbaycan hakimiyyətini mülki azadlıqlar və ifadə azadlığına kütləvi təzyiqlərdə ittiham edir.

Hand cuffs and Azerbaijani flag

Hökumətin cavabı

Hakimiyyət azı 3 media orqanı – Toplum TV, Meydan TV və Kanal 13-ün jurnalistlərini hədəfə alıb. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də saxlanıb. Bu yaxınlarda isə BBC, Amerikanın Səsi, Bloomberg və Rusiyanın Sputnik dövlət xəbər agentliyinin jurnalistlərinin akkreditasiyaları ləğv olunub.

Bakı mətbuat azadlığının durumu ilə bağlı tənqidləri rədd edir. Əliyev 2024-cü ilin aprelində deyirdi ki, Azərbaycan media mühitini “xarici mənfi təsir”dən qorumalıdır “və hər bir kəs qanunlara əməl etməlidir”.

Azerbaijani President Ilham Aliyev
A hand holding a pen, drawing on a desk

Jurnalistlərə qarşı ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulur. Jurnalistlər ittihamları qurama adlandırır və təcridxana kameralarından işi davam etdirirlər. Qasımova deyir ki, sakit dura, ətrafında baş verənləri görməzdən gələ bilməzdi. İndiyədək onun məhbuslarla rəftar, tibbi xidmətin olmaması, zorakılıq halları ilə bağlı yazıları dərc olunub.

A police officer yelling at a woman seating at a cafeteria table of a detention center

Qasımova həbsdən AzadlıqRadiosuna yazılı müsahibəsində bildirir ki, təcridxanaya gətiriləndən sonra kimsə ona deyib: “Sən bayırda jurnalist idin, burada yox”.

A police officer yelling at a woman seating at a cafeteria table of a detention center

“Biz göstərdik ki, jurnalist elə hər yerdə jurnalistdir, saxlansaq belə, buradakı qanunsuzluq – insan haqları pozuntuları, qanunsuz fəaliyyət, korrupsiya, zorakılıq və s. – gizli qalmayacaq”, – o qeyd edir.

“Human Rights Watch” (HRW) insan haqları təşkilatı son hesabatında Azərbaycanda “saxlananlara işgəncə və pis rəftar”ın geniş yayılmasını tənqid edib. Qurum buna dəlil olaraq “AbzasMedia”nın həbsdə olan direktoru Ülvi Həsənlinin saxlandığı təcridxanada azı 58 iddia olunan işgəncə və pis rəftar halını sənədləşdirdiyini misal çəkir.

A prison yard seen through a barred window
A woman behind bars

“Təcridxanadan xəbər hazırlamaq üçün ən vacibi diqqətlə müşahidə aparmaq, gözlərini, qulaqlarını açmaqdır”, – Qasımova deyir. Onun sözlərinə görə, qanunları öyrənməyin də çox köməyi dəyir. Qanunları həbsxana reallıqları ilə müqayisə edəndə jurnalistlər asanlıqla pozuntuları aşkarlaya, onları yazıya çevirə bilirlər, o deyir. Amma bu, asan iş deyil.

A female inmate on the phone while a guard watches

“Telefonlarımızı izləyirlər, təcridxana barədə informasiya ötürmək istəyən kimi əlaqəni dərhal kəsirlər”, – Qasımova vurğulayır. O, xəbərləri təcridxana divarlarından kənara necə çatdırdığını açıqlamır.

A female inmate receiving a visit from her family

Qasımova danışır ki, qohumlara ziyarət otağına dəftər, qələm gətirməyə icazə verilmir: “Müsadirə edirlər”.

A plane on the tarmac with armed guards arresting a passenger and escorting him away from the plane

Onun baş redaktoru Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında İstanbuldan qayıdarkən Bakı Aeroportunda saxlanılıb. Sevinc bunu gözləyirdi.

A female journalist in a detention cell, sitting on the floor and writing in a notebook

Vaqifqızı daha öncə də bir neçə dəfə saxlanılıb, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinin 2015-ci ildə ona tətbiq etdiyi beşillik səyahət qadağasının qanunsuz olması barədə qərar çıxarıb. 35 yaşlı Vaqifqızı həbsdə də jurnalistlik etmək qərarına gəlir. “Biz əminik ki, hakimiyyət nümayəndələrinin bizim həbsdəki jurnalist fəaliyyətimizdən xəbərləri var. Yazdığımız yazılar bizə qarşı təzyiqləri, nəzarəti artırsa da, əvəzində təcridxanada saxlanılan şəxslərin vəziyyətini müsbətə doğru dəyişir”, – o, AzadlıqRadiosuna məktubunda yazır.

Two female corrections officers shouting at a each other

Abzas Medianın yaydığı xəbərlər sayəsində təcridxana işçiləri pis rəftardan çəkinirlər, çünki ifşa olunacaqlarını bilirlər, Vaqifqızı belə deyir.

Vaqifqızının sözlərinə görə, jurnalistlər məhbuslar üçün nəzərdə tutulan əşyalardan düzgün istifadə olunmadığını yazandan sonra onları bir ildən çox verilməyən gigiyenik vasitələr və geyimlə təchiz ediblər. Jurnalistlərin fikrincə, hakimiyyətin onların həbsdən xəbər hazırlamasından bilgisi var.

A plane on the tarmac with armed guards arresting a passenger and escorting him away from the plane

“Təcridxanada seçkilər əvvəllər müşahidəçisiz və bir sıra başqa pozuntularla keçirilirdi. Seçkilərin hansı pozuntularla keçirildiyi ilə bağlı yazılar hazırlayıb yayandan sonra bu nöqsanlardan bəzilərinin aradan qaldırıldığını müşahidə edirik. Qadın korpusunda saxlanılan şəxslər (təxminən 150 nəfər) bilirlər ki, onlara qarşı törədiləcək qanunsuzluqların qarşısında tək və çarəsiz deyillər. Burada qanunsuz nə baş verəcəksə, gizli qalmayacaq, yayımlanacaq. Bunu təcridxananın rəisindən tutmuş əməkdaşına qədər bilir və taleləri ilə yavaş-yavaş barışırlar”, - Sevinc Vaqifqızı yazır.

Two female detainees sitting on the floor of a detention cell with pens in their hands

“Müxtəlif yollarla bizi dayandırmağa çalışırlar. Amma onların metodları bizi doğru saydığımız işdən çəkindirməyəcək”, – Qasımova bildirir.

Hazırladılar:

AzadlıqRadiosunun Azərbaycan xidməti və Maya Živanović

İllüstrasİyaların müəllifi

Mahir Siamiya

Prodüser

Wojtek Grojec