Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:17

Beynəlxalq Bank işi: 'Özbaşına kredit verməmişəm'


ABB
ABB

«Cahangir Hacıyev və yaxınlarına kredit ayrılması barədə özbaşına qərar verməmişəm. Mən Cahangir Hacıyevin və bankın İdarə Heyətinin qərarlarını icra etmişəm».

Bunu 2004-2010-cu illərdə «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Mərkəz filialının müdiri olmuş Anar Sultanov avqustun 26-da məhkəmədə ifadəsində deyib. O, bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və daha altı nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Buna da bax-'Cahangir kölgəsindən qorxan adamdır'

A.Sultanovun rəhbərliyi dövründə Mərkəz filialdan C.Hacıyevin özü, həyat yoldaşı Zamirə Hacıyeva, qızı Leyla Mahmudova (keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini-red.), sürücüsü Aydın Mehdiyev və digərlərinə kreditlər verilib.

«FİLİAL TEXNİKİ ROL OYNAYIRDI»

A.Sultanov ifadəsində deyib ki, o, adamlara kredit ayrılması barədə İdarə Heyətinin qərarlarını yerinə yetirib: «Qaydalara görə, filial özü təminatsız 2 min, təminatlı 5 minə qədər kredit verə bilərdi. Bundan yuxarı məbləğlərlə bağlı Kredit Komitəsinin, İdarə Heyətinin qərarları olmalıydı. Baş İdarə qərar verəndən sonra filial bu məsələdə texniki rol oynayırdı».

Buna da bax-Cahangir Hacıyev: 'Heç 50 qəpiklik yemək vermirlər'

İş materiallarına görə, C.Hacıyevin sürücüsü Aydın Mehdiyevin adına kredit verilərkən imzalar saxtalaşdırılıb. A.Sultanov da bunda günahlandırılır. Lakin o, həmin ittihamı qəbul etməyib: «Mən sənədləri Baş İdarəyə göndərmişəm, orada imzalanıb».

C.Hacıyev və digər 7 nəfərə qarşı irəli sürülmüş ittihamlar arasında mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri var.

XS
SM
MD
LG