'Onlar bu ölkənin ən bacarıqsızıdır'
«Biz özümüzü siyasi məhbusların yaxını sayırıq. Amma bizim durumumuz sizdən fərqlənmir. Bizə təsəlli o olar ki, bizim həbsdə olanların yerini doldurasınız».
Bunu mitinqdə AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur deyib: «Hakimiyyətdəkilər özlərini ən bacarıqlı kimi qələmə verməyə çalışırlar. Xeyr, bu belə deyil. Onlar bu ölkənin ən bacarıqsızıdır. Çəkilin gedin ki, həqiqi bacarıqlılar bu ölkəyə rəhbərlik edib, onu inkişaf etdirsinlər. Tale Bağırzadə məhkəmədə ifadəsində bildirdi ki, ona işgəncə verəndə deyiblər ki, «çağır Allahını gəlsin». Bu hakimiyyət artıq Allaha meydan oxuyur».
«Konstitusiya dəyişiklikləri millətə həqarətdir»
AXCP sədri Əli Kərimli mitinqdəki çıxışında deyib ki, dünyəvi, demokratik Avropaya inteqrasiya olan Azərbaycan istəyirlər:
«O Azərbaycan ki, orda hamımızın hüquqları təmin olunacaq. Bu korrupsionerlər, ölkəni 23 il talan edənlər ailə hakimiyyətlərini qanuniləşdirmək istəyirlər. Biz Konstitusiyanı özü və ailəsi üçün dəyişdirmək istəyənlərə «yox» deyirik. Yaşı 35 olmamış birilərinin vitse-prezident təyin olunmasına, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına, Konstitusiyaya dəyişiklikləri millət olaraq özümüzə həqarət sayırıq. 17 min tələbəni təhsil haqqını ödəyə bilmədiyi üçün küçəyə atıblar. Elə o qədər pula Avropa Çempionatı keçirənlərə «yox» deyirik».
Əli Kərimli deyib ki, başlanmış mübarizə qələbə ilə nəticələnəcək.
Bundan sonra meydanda «Yox, yox!», «İstefa!», «Azadlıq!» şüarları səslənib.
Cəbhəçi gənc saxlanıb
'Mitinq ərəfəsində AXCP-nin 51 funksioneri saxlanılıb'
«Bu oğrular hakimiyyətini necə qorxutmusunuzsa, mitinqə qarşı olmazın kampaniya aparırlar. Dünənə qədər deyirdilər müxalifət yoxdur. Bu gün qorxularından Bakıya gələn bütün yolları bağlayıblar. Mitinq ərəfəsində mitinqin əsas təşkilatçılarından olan AXCP-nin 51 funksionerini həbs eləyiblər».
Bunu Milli Şuranın mitinqində AXCP sədri Əli Kərimli deyib.
Onun bu çıxışından sonra meydanda «İstefa!» şüarları səslənib.