Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:31

Pashinian Ermənistan və Qarabağ əhalisinin birliyindən danışıb


Nikol Pashinian avqustun 5-də Xankəndində “7-ci ümumerməni oyunlarının” açılış mərasimində çıxış edib
Nikol Pashinian avqustun 5-də Xankəndində “7-ci ümumerməni oyunlarının” açılış mərasimində çıxış edib

Ermənistanın Baş naziri Nikol Pashinian millətin uzunmüddətli strateji məqsədlərinin gerçəkləşməsi üçün panerməni potensialını cəmləşdirməyə çağırıb. O, bazar ertəsi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ vilayətində çıxış edib.

AzadlıqRadiosu-nun erməni xidməti bu çıxışın Azərbaycanı qəzəbləndirəcəyini vurğulayır. Belə ki, Pashinian bir neçə dəfə Ermənistan və Dağlıq Qarabağ əhalisi daxil olmaqla, erməni xalqı arasında birliyin vacibliyini vurğulayıb, bunu panerməni məqsədlərin gerçəkləşdirilməsindən ötrü vacib adlandırıb.

“Əminəm ki, çoxlarınızı mənim niyə Artsax (Qarabağ) barəsində heç nə deməməyim sizi narahat edir. Cavab sadədir: Artsax Ermənistandır. Nöqtə”, – Pashinian-ın bu sözlərini kütlə alqışlarla qarşılayıb.

Azərbaycan tərəfdən bu çıxışa, hələlik, rəsmi münasibət açıqlanmayıb. Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Münaqişənin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

Xankəndində yürüş, 5 avqust, 2019-cu il
Xankəndində yürüş, 5 avqust, 2019-cu il

30 illik hədəflər

Pashinian deyib ki, növbəti 30 il ərzində Ermənistanın əhalisi indiki 3 milyondan azı 5 milyon nəfərə qalxmalıdır.

“Məqsədimiz 1,5 milyon iş yeri yaratmaq, 2,5 milyon nəfəri işlə təmin etmək, yoxsulluğun kökünü kəsmək, Ermənistanı sənaye ölkəsinə çevirməkdir”, – baş nazir vurğulayıb.

Pashinian bu müddət ərzində Ermənistanda ÜDM-nin 15 dəfə yüksələcəyini, orta maaşın yeddi qalxacağını, səhiyyə, təhsil və elm sahələrinə maliyyənin 20 dəfə artmasını proqnozlaşdırır.

“Məqsədimiz dəyəri 10 milyard dollardan artıq azı beş texnologiya şirkətinin və 10 min işçi startapın yaranmasıdır. Döyüş qabiliyyəti indeksində ordumuz dünyanın başda duran 20 ordusu sırasında yer almalı, dünyanın ən səmərəli 10 kəşfiyyat xidmətindən birinə çevrilməliyik”, – o deyib.

Pashinian hökumətinin proqnozuna görə, 2050-ci ilədək Ermənistan 15 milyon turist cəlb edən, idman sahəsində uğurlu bir dövlətə çevrilməlidir.

“Bu strateji məqsədlərin reallaşması panerməni gündəminin əsas sütunu olmalıdır”, – o deyib.

***

Pashinian yenə də Qarabağa xəyanət etmədiyini deyir

Ermənistanın baş naziri Nikol Pashinian işğal edilmiş Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndində, “Dirçəliş meydanında” etdiyi çıxışında deyib ki, onun hökumətini Qarabağa qarşı xəyanətdə ittiham etmək mənasızdır.

AzadlıqRadiosunun Erməni xidməti bildirir ki, Pashinian “7-ci ümumerməni oyunlarının” açılış mərasimində çıxış edib.

Azatutyunun yazdığına görə baş nazir “ümumermənilik məntiqini” izah edib.

O deyib ki, bu məntiqə “bir neçə başlıca ümumerməni konsensusları” daxildir.

Ermənidaxili məsələlər

Onun sözlərinə görə birinci konsensusa görə ermənidaxili məsələlərdə zorakılıqdan bir alət kimi imtina edilməlidir:

“Biz öz reallığımızda öz aramızda olan məsələlərin həllində zorakılığı istisna etməliyik. Ermənidaxili məsələlərin həllində zorakılığa həll vasitəsi kimi baxan qüvvələr və ayrı-ayrı şəxslər rədd edilməli və Erməni xalqı tarixinin zibilxanasına atılmalıdır”.

Pashinian deyib ki, “burada yalnız bir istisna ola bilər, o da cinayətlərin açılması və ya qarşısının alınması üçün qanuni zordan istifadə olunmasıdır”.

Pashinian bildirib ki, ikinci konsensusa görə “xalq və onun öz iradəsini azad ifadə etməsi hakimiyyətin formalaşdırılmasının yeganə mənbəyidir”.

Ermənistan baş naziri deyib ki, buna görə də Qarabağda gələcək prezident və parlament seçkiləri azad rəqabət şəraitində keçirilməlidir:

“Ermənistan Respublikası Artsax (Qarabağ - red) xalqının öz iradəsini ifadə etməsinin və bu azad ifadə etmənin Artsaxda legitim hakimiyyətin formalaşdırılması üçün istifadə edilməsinin qarantı kimi çıxış etməlidir”.

Xarici qüvvələr

Pashinian-ın sözlərinə görə “3 nömrəli konsensus Ermənistan və Artsax xalqlarının suverenliyinin ən yüksək dəyər olmasıdır”.

Baş nazirin sözlərinə görə “ermənidaxili məsələlərin həllinə xarici qüvvələri cəlb etməyə çalışanlar Erməni xalqı və onun legitim nümayəndəsi – Ermənistan hökumətini tərəfindən sərt şəkildə dəf olunmalıdırlar və dəf olunacaqlar”.

Pashinian-ın deyib ki, “Ermənistan və Qarabağda korrupsiyanın bütün formalarının rədd edilməsi dördüncü konsensusu təşkil edir”.

Baş nazir deyib ki, beşinci konsensus qanunun aliliyidir.

Onun sözlərinə görə məhkəmələrin daxili və xarici təsirlərə məruz qalması milli təhlükəsizliyə hədədir.

İşğal, yoxsa "azadlıq hərəkatının nailiyyəti"

Pashinian bildirib ki, “ən əsas konsensusa görə - Artsax məsələsinin tənzimlənməsi üçün keçirilən danışıqlar prosesinin məqsədi Artsax xalqının suverenliyi və təhlükəsizliyi uğrunda aparılmış Artsax azadlıq hərəkatının nailiyyətlərinin müdafiəsi olmalıdır”.

Baş nazir bildirib ki, danışıqlar prosesinin istənilən nəticəsi yalnız Ermənistan və Artsax xalqlarının xeyir-duası ilə Ermənistan və Dağlıq Qarabağ hökumətləri üçün məqbul sayıla bilər:

“Bu prinsipi xüsusilə vurğulayıram ki, hazırkı Ermənistan hökumətinin Artsaxa qarşı qəsdi olduğuna dair şübhələrin mənasızlığını nümayiş etdirim”.

XS
SM
MD
LG