Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:33

Referendum 'karusel', topa bülleten ittihamları ilə başa çatdı

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişiklik üçün keçirilən referendumda baş verən hadisələri anında burada izlə. Yeni məlumatlar bloqun yuxarısına yerləşdirilir.​
Səsvermə ilə bağlı maraqlı video, foto varsa, bizə göndər. Whatsapp nömrəmiz: (+420) 778 711 700​
Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

19:16 26.9.2016

Referendum başa çatdı

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi bitib.

Bu gün, sentyabrın 26-da saat 08.00-da başlanan səsvermə saat 19.00-da başa çatıb.

Yaxın dəqiqələrdə Mərkəzi Seçki Komissiyası referendumda seçici fəallığı ilə bağlı nəticəni açıqlamalıdır.

19:09 26.9.2016

Referendum belə keçdi [Fotolar]

19:08 26.9.2016
Ramiz Mehdiyev
Ramiz Mehdiyev

R. Mehdiyev Venesiya Komissiyasının tapşırıqla rəy verdiyini düşünür

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Venesiya Komissiyasının Konstitusiya dəyişikliyi ilə bağlı rəyinə münasibət bildirib.

APA-nın xəbərinə görə, R. Mehdiyev Venesiya Komissiyasının mövqeyinə münasibətinin mənfi olduğunu deyib: "Onların rəyinə münasibətim mənfidir, çünki reallığa uyğun deyil. Onlar bizimlə müzakirə aparmayıblar. Biz onlara sənəd göndərməmişik. Bizimlə heç bir müzakirə aparmadan qərar verib, tapşırıq əsasında belə rəy yayıblar. Referendum Azərbaycana çox şey verəcək. Ölkədə inkişaf edir, referendum da bu inkişafa uyğun olaraq keçirilir".

Venesiya komissiyası (VK) sentyabrın 21-də Azərbaycanda konstitusiyaya edilən dəyişiklik layihəsi ilə bağlı ilkin rəyini bildirmişdi.

«Təklif olunan dəyişikliklərin çoxu prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin poza bilər», - VK-nın rəyində bildirilirdi.

Komissiya yekun rəyini oktyabrda açıqlamalıdır.

19:00 26.9.2016

“Əvəzimə imza atıb, səs veriblər ”

Nərimanov rayon sakini Məcid Əliyev səsverməyə yollanıb. Ancaq məntəqədə deyiblər ki, o, artıq səs verib.

Bu haqda AzadlıqRadiosu-na M.Əliyevin özü bilgi verib.

M. Əliyev 19 saylı Nərimanov rayon Birinci Seçki Dairəsinin 33-cü seçki məntəqəsi ərazisində qeydiyyatdadır.

“Mən günün ikinci yarısında səsverməyə gəldim. Sənədlərimi təqdim etdim. Siyahıda adımı axtardılar. Məlum oldu ki, əvəzimdən imza atılıb və səs verilib. Mən siyahıda müşahidə etdim ki, tanıdığım qonşularımın, yaxınlarımın da əvəzində imza atılıb. Hansı ki, onlar seçkiyə getməyiblər”, M.Əliyev bildirib.

Ona məntəqədə “belə hal ilk dəfədir baş verir, yanlışqlı olub, yəqin” deyiblər.

M.Əliyev hazırda da məntəqədədir.

“Zəng vururam, “Qaynar xətt” işləmir. Məni dinləyən yoxdur. Bu mənim hüququmdur, mən səs vermək istəyirəm”, M.Əliyev bildirib.

19 saylı Nərimanov rayon Birinci Seçki Dirəsinin Komissiyasından olayı təkzib etməyiblər. Komissiyadan “Turan”a özünü katib kimi təqdim edən xanım bütün şikayətlərin araşdırıldığını, siyahıda hər hansı anlaşılmazlıq baş verərsə aradan qaldırıldığını deyib.

O, seçici M.Əliyevin üzləşdiyi durumla bağlı konkret danışmayaraq, bir daha ”bütün şikayətləri araşdırıb tədbir görürük” söyləyib.

Davamı

XS
SM
MD
LG