Referendumda Kameraya düşənlər - Azadliq A-Live 15 dəqiqə programı
MSK : “Referendumda 69,7 faiz seçici iştirak edib”
Mərkəzi Seçki Komissiyası (MSK) referendum ilə bağlı ölkə üzrə yekun seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, referendumda seçicilərin 69,7 faizi iştirak edib.
Beləliklə referendumda 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 7 nəfərin iştirak etdiyi bildirilir.
Müşahidəçi polisə aparılıb
Seçkiləri müşahidə edən ictimai-siyasi fəal Cəmil Haciyev polis bölməsinə aparılıb. Bu haqda hadisənin şahidi olan gənc fəal Ayxan Hacıbəyli məlumat verib.
Onun bildirdiyinə görə, olay 21 saylı Nəsimi birinci Seçki Dairəsinin 22-ci seçki məntəqəsində baş verib.
“Cəmilin dediyinə görə, başqa məntəqədə səs vermiş 4-5 nəfər 22-ci məntəqədə səsverməyə buraxılmışdı. O, həmin şəxslərin “karusel”ə buraxılmasına etiraz etdi. Bu səbəbdən məntəqədə bir neçə nəfər C.Hacıyevə hücum etdi. Cəmil 102 xidmətinə zəng vurduqda, polis çağırdılar”, A.Hacıbəyli bildirib.
Onun deməsinə görə, polislər C.Hacıyevi özləri ilə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə aparıblar. Hazırda onun telefonuna zəng çatmır.
Məsələyə, hələlik, 21 saylı Nəsimi birinci Seçki Dairəsinin 22-ci seçki məntəqəsindən və Nəsimi Rayon Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.