'Azərbaycan xalqı referenduma getməkdən kütləvi imtina edib'
Milli Şuranın sədri Cəmil Həsənli səsvermə ilə bağlı ilkin təəssüratlarını AzadlıqRadiosu ilə bölüşüb. Ətraflı burada
MSK: 'Seçicilərin 30.6 faizi referendumda iştirak edib'
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a qədər ölkə üzrə seçici fəallığı 30.6 faiz təşkil edib.
MSK saat 10-da seçicilərin 12.9 faizinin səsverməyə qatıldığını bildirmişdi.
Yenə də paytaxtın mərkəzi dairələri ilə müqayisədə əyalətlərdə seçici fəallığının yüksək olduğu bildirilir.
Seçici deyir, 'karusel var', sədr deyir 'yox'
Seçicilərdən Cavid Hacıbəyli Ağcabədi rayon 82 saylı Seçki Dairəsinin 1, 3 və 9 saylı seçki məntəqələrində referendum zamanı «karusel»dən istifadə edildiyini deyir. «Rayondakı Pedaqoji Kollecin tələbələrini «karusel»ə cəlb ediblər. 600-ə yaxın tələbədir, onlardan bu məqsədlə istifadə edirlər. Bir yox, bir neçə məntəqədə səs verirlər».
Həmin dairədə 1 saylı məntəqənin sədri Tariyel Abbasov isə deyilənlərin yalan olduğunu bildirir: «Ümumiyyətlə, belə hal baş vermir, burada müşahidəçilər də var. Bu deyilənlər əsassızdır».
'Əvvəl topa bülleten, axırı muğam' iş başında...
77 saylı Astara, 76 saylı Lənkəran-Astara seçki dairələrinin bir neçə məntəqəsində olduq.
Şəhərdə yerləşən məntəqələrdə müəyyən seçki aktivliyi gözə dəyirdi. Ancaq kəndlərdəki məntəqələrdə bunun əksini söyləmək mümkün idi. Səsverməyə gələnlərdən bəziləri isə Konstitusiyaya edilən dəyişikliklərdən xəbərləri olmadığını açıq etiraf edirdilər. Ətrfalı burada