Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:53

Referendum 'karusel', topa bülleten ittihamları ilə başa çatdı

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişiklik üçün keçirilən referendumda baş verən hadisələri anında burada izlə. Yeni məlumatlar bloqun yuxarısına yerləşdirilir.​
Səsvermə ilə bağlı maraqlı video, foto varsa, bizə göndər. Whatsapp nömrəmiz: (+420) 778 711 700​
Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

15:29 26.9.2016

Bakıda 'karusel' əməliyyatı

Bakıda "karusel" əməliyyatı
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

15:52 26.9.2016

MSK 53.8 faiz deyir

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi referendumun saat 15:00-a olan nəticələrini açıqlayıb.

Mərkəzin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-dək ölkə üzrə seçici fəallığı 53.8 faiz təşkil edib.

MSK saat 12:00-da seçicilərin 30.6 faizinin səsverməyə qatıldığını bildirmişdi.

Elə bu rəqəm referendumun baş tutduğu anlamına gəlirdi. Seçkilər Məcəlləsinə görə, əgər səsvermədə 25 faizdən çox seçici iştirak edibsə, referendum baş tutmuş sayılır.

16:30 26.9.2016

Komissiya sədri: 'Salyanda 'karusel'i müxalifət uydurub'

59 saylı Salyan Seçki Dairəsinin 2, 3, 4, 5 və 7 saylı seçki məntəqələrinin ərazisində pozuntulara yol verildiyi bildirilir.

Bu barədə Müsavat Partiyasının seçki qərargahı məlumat yayıb.

«Müşahidə aparan seçicilərin məlumatına görə, 4 saylı seçki məntəqəsində «karusel» həyata keçirilib. 3 saylı seçki məntəqəsində təhsil işçiləri və bu ərazidən xeyli kənarda yaşayan, adları seçici siyahılarında olmayan bir neçə şəxs səsvermədə iştirak edib»,-deyə məlumatda qeyd edilir.

Qərargahdan bildirildiyinə görə, 3 saylı seçki məntəqəsində saat 12:00-da 343, 5 saylı seçki məntəqəsində isə 430 seçicinin iştirak etdiyi bildirilir. Onların müşahidəçilərinin bildirməsinə görə, saatyarımlıq müşahidə zamanı həmin məntəqələrə cəmi 8 və 5 nəfər seçicinin gəldiyinin şahidi olublar.

Müsavat Partiyası bildirir ki, bu dairənin əksər məntəqələrində «karusel»ə yol verilib. Yəni, təlimatlandırılan seçicilər bir yox, bir neçə məntəqədə səs veriblər.

Ancaq 59 saylı Salyan Seçki Dairəsinin rəhbərliyi deyilənləri təkzib edib. Dairənin sədri Salamat Kərimov «Turan»a səsvermənin qanun çərçivəsində keçirildiyini söyləyib.

O, «karusel», seçici passivliyi barədə məlumatların yanlış olduğunu, onları müxalifətçilərin uydurduğunu bildirib.

16:33 26.9.2016

Sabirabadda qutuya bir neçə bülleten atılır

Sabirabadda qutuya bir neçə bülleten atılır
Gözlə

No media source currently available

0:00 0:00:27 0:00

Davamı

XS
SM
MD
LG