Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:51

Sarkisian: 'Dağlıq Qarabağla bağlı güzəşt olmayacaq'


Serzh Sarkisian
Serzh Sarkisian

«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birtərəfli güzəşt olmayacaq».

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, bunu Ermənistan prezidenti Serzh Sarkisian Yerevanda polis bölməsini tutmuş silahlıların təslim olması haqda toplantıda danışarkən deyib.

Polis bölməsini ələ keçirmiş «Sasna Tsrer» qruplaşması Sarkisian-ı Qarabağı satmaqda ittiham edir.

Sarkisian Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağını da bildirib: «Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayacaq. Bu istisnadır. Yenə də deyirəm, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm».

S.Sarkisian Yerevanda polis bölməsini zəbt etmiş silahlıların təslim olması haqda danışarkən deyib ki, çətin vəziyyət sona çatıb: «Qəbuledilməz vəziyyət başa çatıb. Lakin tam nəticə hələ irəlidədir».

Prezident deyib ki, hər kəs öz əməlinə görə qanun qarşısında cavab verməlidir: «Başqa cür mümkün deyil. Ermənistanda problemlər zorakılıq və silah yoluyla həll olunmayacaq».

Sarkisian-ın fikrincə, istənilən şəxs hakimiyyəti, prezidenti sevməyə bilər, ancaq buna görə silaha əl atılmamalıdır: «Hakimiyyət gəldi-gedərdir, ancaq terrorçuluğun təbliği xərçəng şişi kimi xalqın yaratdığı hər şeyi məhv edər. Bundan qorxmaq, bunu tamamilə aradan qaldırmaq lazımdır».

Sarkisian çıxışında hüquq-mühafizə orqanlarına minnətdarlığını bildirib.

Yerevanda polis binasını ələ keçirmiş silahlılar iyulun 31-də təslim olublar.

Yerevanda polis binasını zəbt edənlər təslim oldu

Yerevanda polis binasını zəbt edənlər təslim oldu
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Nazirliyi polis binasının azad olunması, 20 silahlının həbsi haqqında məlumat yaymışdı.

Silahlılar Yerevanın Erebuni rayonundakı polis binasına iyulun 17-də hücum etmişdilər. Onlar prezident S.Sarkisian-ın istefasını və «Təsis parlamenti» Hərəkatının həbsdə olan lideri, keçmiş səhra komandiri Zhirayr Sefilian-ın azadlığa buraxılmasını tələb edirdilər.

Silahlılar polis binasını tutarkən bir polis əməkdaşı ölmüş, üç nəfər yaralanmışdı.

Həmin gündən iyulun 31-ə qədər binanın ətrafında etiraz aksiyaları keçirilirdi. Polislə aksiyaçılar arasında baş verən toqquşma zamanı 50-dən artıq adam xəsarət alıb, 100-dən çox adam saxlanılıb.

Yerevanda polislə etirazçılar arasında toqquşma

Yerevanda polislə etirazçılar arasında toqquşma
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

XS
SM
MD
LG