4 iyun hadisələrindən 16 il keçir. Ancaq ildönümündə xatırlanan bu olaylara münasibət ölkədə birmənalı deyil. Bir neçə il öncə tanınmış siyasətçilərdən biri (Pənah Hüseyn) onu «tale» adlandırmışdı: «4 iyun taledir, lakin bir çoxları üçün bu tale yazılmaqda davam edir» - söyləmişdi. Doğrudan da, bu olaylardan Azərbaycan nə qazandı, nə itirdi? «Can Bakı» proqramı bu sualla ölkənin tanınmış adamlarına üz tutdu.
Azay Quliyev (Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri):
- 4 iyun tariximizdə qanlı olaylardan biri oldu, onlarla insan həyatını dəyişdi. Ona görə də, heç bir qazancdan söhbət gedə bilməz. Bu hadisələr həm də o dövrdə yaranmış siyasi böhranın kuliminasiyası, idarəçilikdə yaranmış qeyri-sabitliyin pik nöqtəsi idi. Elə bir vəziyyət yarandı ki, iflic həddinə düşən siyasi hakimiyyət, ölkəni xilas etmək üçün, o zaman Naxçıvanda yaşayan və fəaliyyət göstərən Ali Məclisin sədri Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Ölkədə yeni bir eranın başlanğıcı qoyuldu. Bu, Azərbaycanın bir dövlət kimi ayaq üstə durması, toparlanması, özünü təsdiq etməsi dövrü oldu. İyun olayları Heydər Əliyevin dövləti yox olmaq bəlasından qurtarması baxımından müsbət hadisə sayıla bilər. Əslində isə, bu, Azərbaycan üçün ən arzuolunmaz tarixlərdən biridir.
(yazı videonun altında davam edir)
Sülhəddin Əkbər (Müsavat Partiyasının Məclis sədri):
- Çox təəssüf ki, hər hansı bir qazancdan danışmaq mümkün deyil. Söhbət demokratik yolla seçilmiş milli hökumətin hərbi qiyam yolu ilə devrilməsindən gedir. Xarici xidmət orqanlarının həm hərbi, həm də siyasi müxalifətlə birgə koordinasiya şəklində fəaliyyətinin nəticəsində Azərbaycan demokratik inkişaf yolundan sapdı. Təsəvvür edin ki, 1992-ci ildən başlayan demokratik islahatlar davam etsəydi, ölkə indi hansı nöqtəyə gəlib çıxardı?! İqtisadi islahatlar yarımçıq qaldı, Bakı-Ceyhan kəmərinin çəkilişi yubadıldı, neft müqavilələri əlverişsiz şərtlərlə bağlandı, ordu quruculuğu yanlış istiqamətdə aparıldı, ordunun əsasını təşkil edən 33 batalyon buraxıldı, sovet ənənələrinə uyğun ordu yaradıldı. Çox böyük vaxt itkisinə uğradıq. Demokratiyanın inkişafdan qalması ölkənin beynəlxalq imicinə ağır zərbə vurdu. Bu üzdən ölkə hələ də strateji seçim etməyib. Böyük güc mərkəzlərində Azərbaycana qarşı etimadsızlıqlar var. Azərbaycan həm torpağının 20 faizini, həm demokratik inkişaf yolunu, həm də 16 illik strateji əhəmiyyət daşıyan zaman kəsimini itirdi.
Rauf Zeyni (Milli QHT Forumunun prezidenti):
- 4 iyunda baş verən hadisələr Azərbaycan dövlətçiliyi üçün zərbə oldu. Ancaq dövlətçilik nöqteyi-nəzərindən böyük təcrübə qazanıldı. Azərbaycan dostunu-düşmənini ayırd edə bildi. Bundan sonrakı mərhələdə hansı işlər görülməlidir, dövlət strukturları necə qurulmalıdır, ordu necə yaradılmalıdır sualına cavab tapdı. Ən əsası, Gəncə hadisələrinin baş verməməsi üçün acı, amma böyük təcrübə qazanıldı. Demokratik Azərbaycanın qurulmasında bu təcrübə həmişə kara gələcək.
Çingiz Sultansoy (publisist):
- 4 iyun hadisələrindən sonra Azərbaycan demokratik inkişaf yolunu itirdi və bugünkü avtoritar yolu tutdu. 4 iyunda itirdiyimiz tək Elçibəy hakimiyyəti olmadı. Düzdür, bu hakimiyyət zəif idi, özünü qoruya bilmədi, ancaq demokratik, bəşəri dəyərlərə söykənən, həqiqi bazar iqtisadiyyatı qurmaq istəyən hökumət idi. Onun devrilməsinin obyektiv və subyektiv səbəbləri vardı. Həm də zorakılığa əl atmaq istəməməsi, sonda hakimiyyət dəyişikliyinə səbəb oldu. Nəticədə, insanlığa zidd, xalqa zidd, millətə zidd hakimiyyət quruldu. Bu hakimiyyət uzun illərdir ki, büdcəni talan etməklə, total korrupsiyayla bizim qanımızı sorub öz cibini doldurur. Onun nəticəsində Qarabağ problemi həll olunmamış qalır. Ordu quruculuğu sözdə yaradılır. Səhiyyə, millətin artımı, təhsil nə vəziyyətdədir - hamınız bilirsiniz. Millət deqradasiya olunub, əxlaq pozulub, insanlar mənəviyyatsızlaşıb, yaltaqlığa öyrəşib. Ölkədə total yalanlar baş alıb gedir.
İsaxan Aşurov (vəkil):
- 4 iyunda Azərbaycan çox dəyərli oğullarını itirdi. Qazancı isə o oldu ki, 4 iyun bir daha təkrar olmayacaq!
Həmçinin oxu: GƏNCƏ QİYAMINI DOĞURAN SƏBƏBLƏR NƏ İDİ?
Həmçinin oxu: 4 İYUN HADİSƏLƏRİNDƏN 16 İL KEÇİR

Sizin brauzer HTML5-i dəstəkləmir