Gürcü-Abxaz münaqişə sonasındakı vəziyyət müzakirə olunur

Abxaziyanın Qali rayonunda gürcü-abxaz münaqişə sonasında insidentlərin qarşısının alınması müzakirə olunur.

BMT-nin missiyasının ofisində keçirilən görüşdə Gürcüstan, Abxaziya, Rusiya ,BMT və Avropa Birliyindən olan ekspertlər iştirak edirlər.

Gürcüstanın dövlət naziri Temur Yakobaşvili görüşdən qabaq bunun Tbilisiylə Suximi arasında aparılmış əvvəlki müzakirələrdən kəskin fərqli olacağını deyib.

Nazir qeyd edib ki, bu siyasi dialoq yox, konkret məsələləri həll etmək fürsətidir.

Belə bir görüşün geçirilməsiylə bağlı razılaşma iyulun 1-də Cenevrədə Qafqazla bağlı keçirilmiş müzakirəlrdə əldə olunub.