Sepp Blatter 4-cü dəfə FİFA-nın (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) prezidenti seçilib.
FİFA-nın Surixdə keçirilən konqresində 203 nümayəndədən 186-sı onun lehinə səs verib.
Blatter səsvermədən sonra deyib: “Biz FİFA gəmisini düzgün yolla təmiz və şəffaf sulara yönəldəcəyik. Amma bunun üçün bizə vaxt lazımdır. Biz bunu bir günə edə bilmərik, amma bunun öhtəsindən gələcəyik”
75 yaşlı Blatter FİFA-ya 1998-ci ildən rəhbərlik edir.
Böyük Britaniyanın futbol assosiasiyası FİFA-da korrupsiya qaqlmaqlına görə bundan əvvəl səsverməni təxirə salmağa çağırmışdı.
Assosiasiyanın prezidenti şahzadə William bildirmişdi ki, belə bir şəraitdə ədalətli seçki keçirmək mümkün deyil.
Səbəbsə, Blatterin seçkidəki yeganə rəqibinin - Asiya Futbol Federasiyaları Assosiasiyasının prezidenti, qatarlı Mohamed bin Hammam-ın rüşvət verməsiylə bağlı iddialara görə yarışdan uzaqlaşdırılmasıydı.
Bəzi FİFA üzvləri Mohamed bin Hammamın prezident seçilməsi üçün onlara rüşvət təklif elədiyini iddia eləmişdi. FİFA-nın Etika Komissiyası da onu seçkidən kənarlaşdırmışdı.
Ancaq bin Hammam yaydığı bəyanatda iddiaların araşdırılmadan seçkidən çıxarlmasını və şikayət hüququ tanınmamasına etiraz bildirmişdi. 62 yaşlı qatarlı öz adını təmizə çıxarmaq sona qədər mübarizə aparacağınmı bəyan etmişdi.
Bin Hammamın açıqlamalarından sonra Britaniya şahzadəsi William və Coca-Cola və Adidas kimi FİFA sponsorları da narahatlığını ifadə etmişdi. Hətta İngiltərə Futbol Assosiasiyasının İcraçı katibi David Bernstein bu cür seçkini bir atın qaçdığı yarışa bənzətmişdi.
Ancaq FİFA-nın İsveçrədə, Sürixdə keçirilən 61-ci Konqresinin açılışında çıxış edən Blatter heç bir qalmaqala baxmayaraq “bir kapitan kimi” gəmisisinin sükanı arxasında qalacağını bildirdi.
Hətta Blatter, qəti şəkildə FİFA-dakı artıq neçənci korrupsiya qalmaqalıyla bağlı iddiaların müstəqil, kənar bir qurum tərəfindən araşdırlmasına da imkan verməyəcəklərini bildirdi.
Blatterin başını ağrıdan digər məsələ isə 2022-ci ilin Dünya Çempionatının keçirilməsi hüququnun Qatara verilməsiydi.
Almaniya Futbol Federasiyasının rəhbəri Theo Zwanziger bu gün açıq şəkildə bildirmişdi ki, bu məsələdə rüşvət iddiaları olduğundan qərar ləğv olunmalıdır.
Çempionatın keçirilməsi hüququnun rüşvətlə alınmasıyla bağlı iddianı FİFA-nın vitse-prezidenti Jack Warner ortaya atıb. Amma Qatarın təşkilat komitəsi bu iddiaları rədd eləyib. Warner isə vəzifəsindən çıxarılıb.
Sepp Blatter bugünkü konfransda gələcəkdə də bu cür iddiaları səslənməməsi üçün yeni təklif irəli sürüb. Blatter söz verib ki, Dünya Çempionatının keçirilməsi hüququnun sadəcə 24 nəfərlik İcraiyyə Komitəsi tərəfindən deyil, bütün FİFA üzvləri – 204 nümayəndə tərəfindən seçilməsi üçün islahat aparacaq.
1975-ci ildən Texniki director kimi FİFA-da çalışmağa başlayan Blatter 1998-ci ildə ilk dəfə prezident seçilib. Prezidentliyi dövründə yetərincə qalmaqallarla üzləşməsinə baxmayaraq, məhz onun dövründə FİFA 1 milyard dollardan artıq vəsaiti olan bir şirkətə çevrilib. Təkcə 2010-cu ilin Cənubi Afrikada keçirilən Dünya Kubokunun gəlirləri 3 milyard dolları keçirdi.