Eyvaz Zeynalov. Fərqli fikrə görə biri işdən çıxarılır, o biri bıçaqlanır...

Eyvaz Zeynalov

Eyvaz Zeynalov


HARDANDI?..

Doğrudanmı, biz elə bir cəmiyyətdə yaşayırıq ki, öz fikrini qorxub-çəkinmədən, sərbəst şə-kildə dilinə gətirmək, yazmaq, bir sözlə, hər hansı bir formada bildirmək risk tələb edir? Həm də söz azadlığının ana yasamızda, Konstitutsiyamızada təsbit edildiyi hər kəsə məlum ola-ola!..

Aşıq gördüyünü çağırar, atalar məsəlidi. Bu günlərdə şəxsi, fərqli fikrini söylədiyinə görə dünya miqyaslı alimimiz Rafiq Əliyevə akademiklərimiz, professorlarımız səviyyəsində, tanınmış yazıçımız Rafiq Tağıya isə xurafat, qaraguruh (başqa cür adlandırmaq çətindi) səviyyəsində dözümsüzlük göstərilir. Dəhşətli paradoksdu! Birini işdən çıxardır, o birini bıçaqlayırlar.

Heç 100 il bundan qabaq “harda müsəlman görürəm, qorxuram”, deyən Sabirlə bu cür rəftar eləməyiblər. Di gəl indi çaşma, təəccüblənmə. Fikirləşmə ki, ayə, görəsən biz irəlimi gedirik, yoxsa gerimi?

“Harda müsəlman görürəm, qorxuram!”, deyən Sabir məgər dinsiz idi? Yox, elə bu cür qey-ri-insani, müsəlmançılığa sığmayan hərəkətləri görəndə

SSRİ-nin vaxtında ateistlər dindarların, indi də özünü dindar adlandıranlar fərqli düşü-nənlərin fikirlərinə dözümlü yanaşmırlar. Bəs harda qaldı bizim ağıllılığımız, ibrət dərslərimiz?

başqa bir söz tapmamışdı deməyə. Şair sö-züdü!

Günü-gündən dini ocaqlarımız, məscidlərimiz çoxalır, dindarlarımız (yoxsa dırnaqarası?), hacılarımız, məşədilərimiz həndəsi silsilə ilə artır.

Ölkəmizin var-dövləti, pulu-parası da elə. Belə baxanda düşünürsən, gərək indi daha Allahlı, daha rəhmdil, daha qanıb-qandıran, bir-birimizin fikrinə qarşı daha dözümlü olaydıq. Amma hanı?

Təəssüf, çox təəssüf! Mənəviyyatımız eyni nisbətdə əskilir.

Zorakılıq, qoçuluq, ölüm halları, rüşvətxorluq, korrupsiya günü-gündən çiçəklənir.

Sovet hökuməti boğazdan yuxarı dostluqdan, qardaşlıqdan dəm vuran kimi, biz də oturub-durub dini dözümlülükdən, tolerantlıqdan dəm vururuq.

Şəksiz, görüntü aşiqiyik. Bənzər hadisə-lərin şahidi ola-ola yüksək kürsülərdən gur-gur guruldayır, başqa millətlərin gözünə kül üfürürük ki, anoloqu olmayan inkişafdayıq, hamıdan artıq tolerantıq.

Budumu analoqsuz inkişaf, tolerant-lıq? Görünür bütün bunlar hamısı əndirəbadiliyimizi, dilimizdən çıxan anoloqsuzluğumuzu sübuta yetirmək üçündü!

Ağıllı insanlar inkişafı yekə-yekə danışıq, yekə-yekə tikili-mikili, bər-bəzək, texnika-filanla ölçmürlər. Onlar görüntüdü, aldadıcıdı. Meyar mənəviyyatdı.

Rafiq Tağı reanimasiyada, 20 noyabr 2011

Nəsildən-nəsilə ötürülən, öyülən, yadda qalan odu.

Sanki yenə sovet quruluşunda yaşayırıq. İnsanlar həmin insanlar olsa da yerlər, mövqelər dəyişib.

SSRİ-nin vaxtında ateistlər dindarların, indi də özünü dindar adlandıranlar fərqli düşü-nənlərin fikirlərinə dözümlü yanaşmırlar. Bəs harda qaldı bizim ağıllılığımız, ibrət dərslərimiz?

Adam sözlə fikrini deyir, həm də təhlükəni görə-görə, duya-duya, yana-yana deyir. Sən də sözlə sübut elə ki, belə deyil.

Yalnız gücsüzlər, sübut üçün sözü, arqumentləri olmayanlar qeyri-məqbul üsullara əl atırlar və öz yanlış hərəkətləri ilə bir daha haqlı yox, haqsız olduqlarını göstərir, sübuta yetirirlər.

Yox, bu qələbə, üstünlük deyil, namərdlikdi, acizlikdi! Görüntüdü! Hardandı bizdə görün-tüyə bu qədər dəlicəsinə vurğunluq, ilahi?..

Yazıçı Eyvaz Zeynalov


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.