2009-2010-cu illərdə Bakının kanalizasiya xətlərinin təmizlənməsinə cəlb olunmuş Türkiyənin «Kanalize İnşaat» şirkətinin sahibi Ridvan Köse AzadlıqRadiosuna deyir ki, vaxtilə Azərbaycandan burdakı şərtlərə görə gedib:
NƏ MƏNİ İŞLƏTDİLƏR, NƏ PULUMU VERDİLƏR
– Mən Bakıda çalışa, pul qazana bilmədim. Bəzi şərtlərə görə orada çalışmaq mümkün olmadı. Bilmədiyimiz məsrəflər çıxırdı. Orada aldığınız pul çalışana qalmır, sağa-sola verməlisən.
– Pulu sizdən kim istəyirdi?
– «Azərsu» rəhbərliyində olanlar. Sonda bizi elə bir hala gətirdilər ki, daha çalışa bilmədik. Biz öz xeyrimizi hesablamalıydıq, yoxsa rüşvət tərəfini? Bizim dediyimiz qiymətin üzərinə bir neçə dəfə çox qiymət yazırdılar. Halbuki mən bu işi daha az pula görməyə razı idim. Mən maliyyəmi bilirəm, amma görmədiyim məsrəflər olurdu, bunları bilə bilmirdim. Hər önünə gələn bir şey istər, bunu çatdıra bilmirdik.
– Sizə sənədlərə imzamı atdırırdılar?
– Təbii, məcburən qol çəkirsən. Hər halda, idarənin başında duranlar idi. Bizə çatan cüzi puldan vergini-filanı da istəyirdilər.
– Sizin layihələrə nə qədər vəsait ayrılırdı?
– İki layihənin hər birinə 1 milyon manatdan çox pul ayrılmışdı. Gerçəkdən verilsəydi, bu pula gözəl işlər görmək olardı. Amma nə məni işlətdilər, nə pulumu verdilər.
– Yəni o pul sizə çatmadı?
– Yox-yox, hər şey kağız üstündə idi. Çox cüzi hissəsini verdilər, qazancımız olmadı. Ortada olan pulların hamısını özlərinə götürürdülər. Sonra özü aldığı pulun vergisini də bizə ödətdirirdi, cibimizdən verməli olurduq. Bir az iş görürdün, pullar uçub gedirdi.
AZƏRBAYCANDA TENDER KEÇİRİLMİR?
– Bəs layihələr necə qazanılırdı? Tender keçirilirdimi?
– Azərbaycanda tender yoxdur. Tenderi kimin alacağı öncədən bəlli olur. İdarənin işçiləri özləri paylaşdırırlar işləri. Pulun çoxu görülməyən işlərə gedir. Çox pul ayrılır, az hissəsi işə gedir, ona görə ortaya iş çıxmır.
– İstanbulda bu işlər necə görülür?
– İstanbulda bu işlər tenderlə özəl sektora verilir, su idarəsi buna yalnız nəzarət edir. 2-3 illik tenderlər keçirilir, şirkətlərə verilir. Suyun bağlanması, kanalın çəkilməsi hamısına özəl şirkətlər baxır.
«200 MANATLIQ DETEKTORU GƏTİRİB HƏDİYYƏ ETDİM»
– Bakıda olduğunuz müddətdə hansı ərazilərdə işlədiz?
– Azərbaycanda bəzi binaların zirzəmiləri suyla doludur. Bəzilərini təmizlədik. MUM-un önündə xətt bağlı idi, açdıq, öz yoluna bağladıq, Hövsana yönəltdik. Bəzi yerlərdə insanların öz əlləriylə bilərəkdən öz kanallarını bağladığını gördüm. «Torqovı» yaxınlığında, yüksək binaların birində bir nəfər öz binasına yol çəkmək üçün əsas kanalı torpaqla doldurub, asfaltın həmin yerindən yeni xətt çəkmişdi. Küçədəki evlərin bütün zirzəmiləri çirkab suyu ilə dolmuşdu. Dünyanın heç yerində belə şey olmur. Bu adama xüsusi bir söz də deyə bilmirdilər. Biz həmin zirzəmiləri təmizlədik. Mən təklif etdim ki, kanalları təmizləmək üçün robotları gətirim, sizin insanlara öyrədim. Həmin robotlardan biri orta qiymətlə 300000 manatadır. Azərbaycanda kanal qapaqlarını tapmaq üçün bir detektor lazım idi, dəyəri 200 manat idi, o da yoxları idi, mən gətirib hədiyyə etdim. Gətirib verdim ki, dünyada belə bir şey var, bunu işlədin. Yoxsa asfaltları qırıb bu qapaqların yerini tapırdılar, asfalt tökərkən örtdükləri qapaqları.
«AZƏRSU»NUN İNDİKİ RƏHBƏRLİYİ
– Bəs indi xəbəriniz varmı Bakıda bu sahədə görülən işlərdən?
– Biz Bakıdan çıxandan sonra daha çox iş görmək, texnologiya almaq istəyən rəhbərlik gəldi. Kanal təmizləyən robotlardan 2-3 dənə alıblar, daha professional olanlardan almağı planlaşdırırlar. Kanalların sökülmədən, asfaltı pozmadan içəridən bərpa olunması barədə düşünürlər. Bu işi mövcud şərtlərlə özləri görmək istəyirlər. Məndən xeyli şey soruşurlar. Burada gəlib baxırlar, soruşurlar ki, Avropa ölkələrində bu iş neçəyə başa gəlir?
– Sizi yenə dəvət edirlərmi Bakıda işləməyə?
– Şərait olsa, sevə-sevə gedərik. Bizi o vaxt küsdürdülər, indi dəvət edirlər, ötən il iki dəfə məsləhət üçün getmişəm. Türkiyədən iki mütəxəssis dəvət ediblər. İstanbul Su və Kanalizasiya İdarəsinin vitse-prezidenti ilə bir rayonun başçısını məsləhətçi kimi dəvət ediblər. Təkcə pul verib iş gördürmək istəmirlər, həm də texnoloji gətirmək istəyirlər. Bu texnologiya Azərbaycana mütləq lazımdır.
BETON XƏTLƏRİ SADƏCƏ TƏMİZLƏMƏK YETƏR
– Sizcə Bakıda kanalizasiya sistemini təmizləmək üçün öncə hansı işlər görülməlidir?
– O cür gözəl bulvar tikiblər, mikrob və qoxudan gəzmək olmur. Bu qoxunun səbəbi kanal sularının yağmur suları xətləri ilə dənizə axmasıdır. Bulvardakı yolun altı kollektordur. Bakının bütün çirkab suyu ora toplanır. İllərlə bu kollektor daşla, qumla, zibillə dolub. Deyəsən indi oranı təmizləmək üçün maşın kirələyiblər, indi orada iş gedir. ... Bakıda sovet vaxtı çəkilmiş beton xətlər hətta bugünkü şərtlərlə belə çox keyfiyyətlidir, mükəmməldir. Sadəcə, təmizləmək yetər. Təmizləyəndə həm diametr artır, həm suyun önünü bağlayan bir şey qalmır.
3-5 MİLYON AYRILSA...
– Bakının kanalizasiya sisteminin normal vəziyyətə gətirmək üçün ilə nə qədər vəsait lazımdır? Lap yuvarlaq ifadə etsək...
– Bu, metrlə hesablanan işdir. Qiymət kanalın uzunluğuna görə hesablanır. Sizdə bu işə xərclənən pulların çox az, cüzi hissəsinə bu işi görmək olar. Bəri başdan 3-5 milyon ayrılsa, çözülməmiş problemləri həll etmək olar. Təcili problemləri həll edib, sonra da periodik problemləri həll etmək olar.
CİDDİ ƏCNƏBİ İNVESTOR AZƏRBAYCANA GƏLMİR
– Bu gün Bakıdakı işlərə türk şirkətləri də cəlb olunub.
– Bu gün Azərbaycanda Türkiyədə, dünyada ciddi iş görən şirkətlərdən hansısa biri varmı? Dünyadan ciddi əcnəbi yatırımçı Azərbaycana gəlmir. Niyə? Dünya ticarətində belədir ki, bir insan bir iş görəndə, buna nə qədər pul xərcləndiyini bilir - yəni mazuta bu qədər, əməkhaqqına bu qədər, qırılan əşyalara bu qədər gedər. Amma Azərbaycanda hesablar belə getmir. Ona görə Azərbaycana gerçək iş görən türk gəlmir. Sabah nə olacağı bəlli deyil. Bu həm də təkcə mənə bağlı problem deyil. Azərbaycanda 100 manat maaş alan insan sadəcə bağbanına 500 manat maaş verir. Bunu necə edir? Cameyə molla olmaq üçün belə pul verirsən.
HƏR ŞEY VİZA ALANDA BAŞLAYIR
– Sizcə, necə kəsmək olar rüşvətin kökünü? Prezident özü də korrupsiyaya qarşı mübarizə elan edib.
– Bu mübarizə hələlik nəticə vermir, çünki onu aparanların özləri səmimi deyillər. Aeroporta girən kimi sizdən pul gözləyirlər. Hər şey vizanı alanda başlayır. Dünyanın heç yerində olmayan şeyləri burada görürsən. Biz işimizi görməliyik, yoxsa rüşvət hesabını aparmalıyıq? Türkiyədə kimdən soruşsaz, Azərbaycandakı rüşvətxorluğu eşidib ora getmək istəmir. «Nə gelir başıma, ne olur?» - hamının belə bir qorxusu var. Niyə belə olmalıdır? Yolda polis bəzən sürücünü 20-50 metrdən bir saxlayır, «5-10 manat ver» deyir. Cibimdəki sürücülük vəsiqəsini alıb «vay, əfəndim, sürücülük vəsiqəniz əzilib» deyir. Dedim «əfəndim, cibimdəki sürücülük vəsiqəsini görüb məni saxlamışdın?». Sanki məni buna görə saxlayıb cəza vermək istəyir. Az qala, Prezident Aparatının yanında səni yol polisi saxlayır. «Bir şirinlik yap»– bu sözləri az qala hər yerdə eşidirdin. Əslində, bir az öyrəşmişdim də belə işlərə. Amma Azərbaycan mütləq bu problemlərə üstün gəlməlidir.
HƏR SAHİBKAR 50-60 ADAMA İŞ VERSƏ...
– Deməli yenə də tərəddüd edirsiz Azərbaycanda iş qurmağa?
– Vaxtilə Türkiyədə vəziyyət sizdən də çətin idi. İndi sizdə işsizlər var. Çünki sizin fabriklər boş qalır. Azərbaycanda hansı fabrik açıqdır? Yatırım yapmaq istəyən bir biznesmen göstərə bilməzsiniz. Çünki rüşvəti aşmaq mümkün deyil. Azərbaycanda sahibkara qoyulan tələbləri inkişaf etmiş Avropa ölkələri qoya bilər. İnkişaf etməkdə olan ölkələr gərək desin ki, «gəl sənin işığını da verim, qazını da, suyun da». Çünki mən orada 50-100 insana iş, maaş verəcəkdim. Tibbi sığorta da etdirərik. Hər sahibkar gəlib 50-60 adama iş versə, qazanc da bu ölkəyə qalar, bunu kim edirsə-etsin.