Türkiyə-Suriya sərhəddində "Patriot" raketləri yerləşdiriləcək

NATO-nun baş katibi Anders Fogh Rasmussen

NATO ölkələrinin xarici işlər nazirləri bu gün Brüssel görüşündə Türkiyə-Suriya sərhəddi boyunca Patriot raketləri yerləşdirilməsini təsdiqləyib.

Türkiyə Suriya tərəfdən mümkün hücumların qarşısını almaq məqsədilə bu günlərdə
NATO-dan öz ərazisində bu cür sistemlər yerləşdirilməsini xahiş etmişdi.

Bu günkü görüşdə həmçinin Suriya rejiminin öz xalqına qarşı kimyəvi silah işlədə bilməsi barədə məlumatlardan narahatlıq bildirilib.
Amma Dəməşq heç vaxt belə addım atmayacağını bəyan edib.

Bu gün paytaxt Dəməşqin ətrafı və beynəlxalq hava limanı yaxınlığında hökumət və müxalifət qüvvələri arasında ağır döyüşlər gedib.