Azərbaycanda uşaqlar üçün kütləvi yay düşərgələri yaradılacaq

Foto arxiv

“Azərbaycanda uşaq düşərgələri sistemi yaradılacaq”.

Bunu APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

O bildirib ki, bu “Uşaqların asudə vaxtının təşkili” ilə bağlı Milli Məclisdə hazırlanmış yeni qanun layihəsində nəzərdə tutulur.

Hadi Rəcəbi qeyd edib ki, qanun layihəsində uşaqların zərərli vərdişlər – siqaret çəkmək, narkomaniya və internet asılılığı kimi hallardan uzaqlaşdırılması üçün müxtəlif üsullar təklif olunur:

“Bütün ölkə üzrə kütləvi şəkildə yay düşərgələri yaradılmalı, həftə sonları məktəblilərin rayonlara ekskursiyaları təşkil olunmalıdır. Həmkarlar ittifaqlarında bununla əlaqədar vəsaitlər olmalıdır. İşəgötürənlər də uşaqların asudə vaxtının təşkilinə vəsait ayrımalıdır”.