Suriya, İran və Çin internet azadlıqlarının ən sərt pozulduğu ölkələr olub


Fransada mənzillələn Sərhədsiz Reportyortyorlar təşkilatı İran, Çin, Suriya, Bəhreyn və Vyetnamı internetə ən senzura və casusluq tətbiq edən dövlətlər kimi xarakterizə edir.
Təşkilatın martın 12-də yaydığı “İnternet düşmənləri” adlı illik hesabatda qeyd edilir ki, adı çəkilən ölkələrdə dissidentlərin internetdən istifadə etmələrinə maneələr yaratmaq üçün mümkün olan hər vasitələrdən istifadə edilir. Sənəd müəllifləri bu işdə repressive rejimlərə yardım edən 5 şirkət də “rəqəmsal dövrün muzdluları” adlandırılır.

Hesabatda qeyd edildiyinə görə Çin xarici internet saytlarına girişi qadağan edən nəhəng bir system yaradıb və da rəqəmsal Çin Səddi kimi adlandırılır.

Iran isə xarici aləmlə bağlantısı olmayan local internet şəbəkəsi yaratmaqda ittiham edilir. Tehran bu sistemi özünün nüvə obyektlərini kənar kibermüdaxilələrdən qorumaq üçün yaratdığını bildirir.