ABŞ səfiri Azərbaycan futbolçuları ilə görüşdü [Fotolar]

ABŞ səfiri Azərbaycan futbolçuları ilə görüşdü

-
Mayın 8-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Azərbaycan milli futbol komandasının üzvləri ilə görüşüb. Komanda mayın 27-də ABŞ futbol yığmasına qarşı yoldaşlıq oyunu keçirmək üçün San-Fransiskoya gedəcək.

AFFA-nın baş katibi Elxan Məmmədov Richard Morningstar-a üzərində milli komanda üzvlərinin imzası olan forma və top hədiyyə edib.

Səfir də AFFA-ya kitab bağışlayıb.