-
Avqustun 7-də Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan təmsilçisi «Neftçi» Gürcüstanın «Çixura» klubunu 3:2 hesabı ilə məğlub edərək, tarixində ikinci dəfə «pley-off» mərhələsində oynamaq hüququ qazanıb.
«Neftçi» ilə yanaşı, pley-off mərhələsində Azərbaycanın daha bir komandası «Qarabağ» da mübarizə aparacaq. «Qarabağ» Çempionlar Liqası ilə vidalaşandan sonra pley-off mərhələsinə yuvarlanıb.
Bu arada bu gün Avropa Liqasında «pley-off» mərhələsinin püşkü atılacaq. Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayır.
«Pley-off» mərhələsinin oyunları avqustun 21-28-i tarixlərində keçiriləcək.