Gürcüstanda "Sovet işğalı: 1921-1991"
Gürcüstanın paytaxtındakı tarix muzeyində "Sovet işğalı: 1921-1991" sərgisi açılıb. Sərgidə 1921-ci ildə Gürcüstanın "Qızıl ordu" tərəfindən işğalından başlayaraq xronoloji ardıcıllıqla baş verən hadisələr fotolar və digər eksponatlarla təsvir olunub.
"Qızıl ordu" əsgərləri tərəfindən deşik-deşik edilən vaqon.
Gürcüstan Demokratik Respublikasının müstəqilliyinin birinci ildönümünü qeyd edən hökumət üzvləri. Onların əksəriyyəti sovet rejimi tərəfindən güllələnəcək və ya sürgün ediləcək
Sərgi eksponatı
Siyasi rəqiblərinə qarşı siyasi terror aparan bolşevik hakimiyyəti polis, istintaq və məhkəmənin səlahiyyətlərini özündə birləşdirən ÇK - Fövqəladə komissiyalar (tam adı Əks-inqilaba və sabotaja qarşı mübarizə üzrə ümumrusiya fövqəladə komissiyası idi) yaratdılar. Bu komissiya rəhbərləri eyni binada ölüm hökmünü imzalayaraq bəzən hökmləri də elə şəxsən özləri həyata keçirirdilər. Fotoda Gürcüstan ÇK-sı rəhbərinin iş yeri
İşğaldan sonra cəza hökümlərini imzalayan "Fövqəladə Komissiya" rəhbərinin masası və masaüstü əşyaları.
Yüzlərlə günahsız adamın həyatını söndürən qərarlar bu lampanın işığı altında imzalanırdı
Repressiyalar zamanı dustaqların saxlandığı həbsxana qapısının gözlüyü.
Repressiyalar zamanı dustaqların saxlandığı həbsxanaların birinin kamera qapısı.
Gürcüstanda yaşayan etnik alman qadın. O, 1936-cı ildə "anti-sovet fəaliyyət"-inə görə güllələnmişdi.
Ölüm ocağı - ÇK rəhbərinin iş otağı
Repressiyalar zamanı güllələnmiş fəalların fotoları.
Muzey eksponatları
Ölkənin "əvəzolunmaz lideri"ndən sitatlar ənənəsi də həmin illərdən başlayıb. Bu nümunədə Stalinin məşhur "Həyat daha yaxşı, daha şən olub" kəlamıdır
Repressiyalar zamanı güllələnmiş bəzi fəalların fotoları.
Repressiyalar zamanı yeni qurulmaqda olan yoxsul və "xoşbəxt" cəmiyyət.
Sərginin açıldığı muzey salonu.
Sovetlərin çöküşü zamanı - 1989-cu il Tbilisi küçələrindən biri.