İlahiyyatçının həbs müddəti uzadıldı

“Təkamül” Tərcümə Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Cəfərovun həbs müddəti 4 ay uzadılıb.

Bu barədə APA-ya onun vəkili Cavad Cavadlı məlumat verib.

Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyir.

Ceyhun Cəfərov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.

O Həcc ziyarəti zamanı Qafqaz Müsəlmanları İdarəsinin zəvvar qruplarına rəhbərlik edib.

Qardaşı ilə birlikdə İrana müalicəyə gedən Ceyhun Cəfərov qayıtdıqdan sonra həbs edilib.