Tacikistanda güclü zəlzələ olub

Oktyabrda da regionda güclü zəlzələ olmuşdu, arxiv fotosu, Pakistan

-

Dekabrın 7-də Tacikistanın az məskunlaşmış dağlıq ərazisində güclü zəlzələ olub.

Zəlzələ paytaxt Düşənbədən 345 km şərqdə, 7.2 bal gücündə baş verib.

Hələlik itkilər barədə məlumat yoxdur.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Hindistanın paytaxtı Nyu Dehlidə, Əfqanıstan və Pakistanda da hiss olunub.