Dəm qazından zəhərləndi 

-

Bərdə rayonunun Güloğlular kəndində dəm qazından zəhərlənmə hadisəsi baş verib. “Report”-un xəbərinə görə, 29 yaşlı rayon sakini Aysel Bayxanova hamamda zəhərlənib.

Təcili yardım onu Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Ölkə mətbuatının yazdığına görə, Azərbaycanda təkcə ötən ay 10-dan çox şəxs dəm qazından boğulub ölüb. Azərbaycanın tanınmış dilçi alimi Tofiq Hacıyev də ötən il məhz hamamda dəm qazından zəhərlənərək vəfat etmişdi.