İqtisadi böhran olsa da, miqrantlar Rusiyanı tərk etmir

Metroda işləyənlər

Rusiyada iqtisadi böhran olmasına baxmayaraq, Orta Asiya miqrantları üçün hələ də cəlbediciliyini saxlaylr.

Özbəkistandan olan Rasuljon İsakov artıq 12 ildir ki, Moskvada işləyir. Qazandığı pulla oğlunu evləndirib, qızını ərə verib, kiçik oğluna ali təhsil verib və digər qızının təhsil haqqını ödəyib. Onun sözlərinə görə, hətta Rusiyanın indiki iqtisadi vəziyyətində belə nəsə qazanmaq və evə göndərmək mümkündür.

“Bəlkə kimsı Özbəkistanda iş tapa bilər, amma şəxsən mənim üçün Moskvada qazandığım kimi orda qazanmağım mümkün deyil. Razıyam, yaşamaq çətindir, amma bu mənə əl verir”, - o deyir.

Moskvada Yapon restoranında qırğız işçilər

"KƏMƏRİ MÖHKƏM ÇƏKİRLƏR"

Gündəlik pul göndərmələr də azalıb.

Ekspertlər deyirlər ki, Rusiyada miqrantların gəlirləri kəskin şəkildə azalıb. Bunun səbəbləri də ölkədəki iqtisad böhran və rublun dəyərdən düşməsidir.

Buna görə də MDB-dən olan miqrantların vətənlərinə göndərdikləri gündəlik vəsait 60 faiz azalıb.

Rusiyada qalan miqrantlar deyirlər ki, “kəməri çəkməyə” məcbur olublar və təkcə onlar yox, vətəndə qalan doğmaları və yaxınları da qənaət rejiminə keçiblər.

Tacikistan, Özbəkistan və Qırğızıstan vətəndaşları da Rusiyada artan vergi yükündənvə miqrasiya qanunvericiliyin sərtliyindən şikayətçidirlər. Amma bununla belə “yaxşı vaxtları” gözləməkdə davam edirlər, çünki başqa imkanları yoxdur.