Neft ölkəsi müflis oldu

Arxiv

Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor’s (S&P), neft qiymətlərinin aşağı düşməsindən zərər çəkmiş Konqo Respublikasının defoltda, yəni müflis vəziyyətində olduğunu elan edib.

Financial Times qəzeti xəbər verir ki, S&P Konqonu 478 milyon dollar məbləğində borcunu ödəyə bilmədiyinə görə, defoltda olduğunu bildirir.

Pul iyunun 30-də köçürməli idi, ancaq iyulun sonunadək hökumət borcları ödəyə bilməyib.

Bir qədər əvvəl Moodys agentliyi də Konqonun suveren reytinqini В3-ə qədər azaldıb.Gözlənilir ki, yaxın günlərdə Fitch də ölkəni defolt elan edə bilər.

Konqo neftin dünya qiymətlərinin aşağı düşməsindən ciddi zərər çəkib. 2014-ci ildə Konqo büdcəsinin gəlirlərinin 70% neft ixracından daxil olub.