Fransa naziri burkini qadağası barədə

Marseldə burkini geyinmiş qadın

-

Fransanın Daxili işlər naziri Bernard Cazeneuve deyir ki, bəzi müsəlman qadınların çimərlikdə geyindiyi burkinini Fransada qadağan edən qanunun qəbulu “konstitusiyaya zidd” olar.

Cazeneuve avqustun 28-də ölkənin gündəlik “La Croix” qəzetinə müsahibəsində deyib ki, belə bir qanun Fransada “bərpa olunmayacaq gərginlik” yaradar.

Burkininin qadağan olunması məsələsi Fransada qadınların hüquqları və ölkənin dünyəvi cəmiyyəti barədə kəskin debatlar yaradıb.

Ölkənin təxminən 30 kurortu qadınların çimərlikdə burkini geyinməsini yasaqlayıb.

Amma avqustun 26-da Fransa ali administrativ məhkəməsi bu qadağanı bir şəhərdə ləğv edib.

Keçmiş prezident Nicolas Sarkozy burkininin yasaqlanmasına çağıran liderlərdəndir. Sarkozy bu yaxınlarda elan edib ki, gələn il prezidentliyə namizədliyini verəcək.