Dünya Səhiyyə Təşkilatı (WHO) ölümcül Ebola virusuna qarşı vaksinin tapıldığını elan edib.
Təşkilatın yaydığı məlumatda vaksinin Qvineyada aparılan sınaqlardan uğurla çıxdığı, onu qəbul edənlərin xəstəliyə yoluxmadığı deyilir. «rVSV-ZEBOV» adlanan yeni peyvəndi Qvineyada ebolalı xəstələrlə ünsiyyətdə olmuş 5 min adama vurublar. «Nəticələr bundan belə Ebolaya qarşı müdafiəsiz olmadığımızı göstərir», - WHO-nun baş direktorunun köməkçisi, araşdırma müəlliflərindən biri Marie-Paule Kieny deyib.
Son Ebola epidemiyası 2013-cü ildə Qərbi Afrikada 11 min adamın ölümünə səbəb olub.