Sinif yoldaşını doğrayan, qanını içən şəxs…

İllüstrativ foto

Rusiyada 20 il öncə sinif yoldaşını doğramaqda, qanını içməkdə təqsirli bilinən şəxsin Çelyabinskdə bir klinikada özünü həkim kimi təqdim etdiyi üzə çıxıb.

İstintaq Komitəsi fevralın 1-də elan edib ki, Çelyabinskdə bir nəfər saxta universitet diplomundan istifadə və qanunsuz narkotik saxlama ittihamıyla həbs olunub.

Komitə həmin şəxsin kimliyini açıqlamasa da, onun “ağır cinayət” törətdiyi 2000-ci ildən bəri “məcburi məhdudiyyətlər” altında olduğunu bildirib.

Rusiya mediası isə həmin şəxsin 37 yaşlı Boris Kondrashin olduğunu, 1998-ci ildə sinif yoldaşını öldürərək bədən üzvlərinə parçaladığını, sonra onun qanını içdiyini yazır.

Kondrashin məhkəməsindən sonra 10 ilini psixiatrik klinikada keçirib, ona şizofreniya diaqnozu qoyulub.

Bacısının bildirməsinə görə, 2010-cu ildə klinikadan buraxılandan sonra qardaşı daimi nəzarət altında olub, aylıq əlillik müavinəti alıb.