Azərbaycanda valyuta satışı artıb. Bu barədə bu gün, sentyabrın 3-də Azərbaycan Dövlət Neft Fondunun (ADNF) yaydığı məlumatda bildirilir.
Qurum qeyd edir ki, bu ilin avqustunda 815.4 milyon ABŞ dolları vəsait satılıb. Halbuki, Fond ötən ay bundan az qala iki dəfə az – 434.9 milyon ABŞ dolları vəsait satıldığını açıqlamışdı.
Ekspertlər bunu, əsasən, yeni dərs ilinin yaxınlaşması ilə alış-verişin artması ilə izah edirlər. Hərçənd, ötən ilin avqustu ilə də müqayisədə valyuta satışında artım var. Fond bir il əvvəl avqust ayında 733.7 milyon ABŞ dolları satmışdı.
Son illər Azərbaycanda valyuta hərracına ADNF vəsait çıxarır.