Misirdə prezident seçkisi noyabrdan tez keçirilməyəcək

Bunu ölkənin yeni hərbi rəhbərliyi bəyan edib.

Bəyanata görə, dövlət başçısı sentyabrda keçiriləcək parlament seçkisindən 1 və ya 2 ay sonra seçilməlidir.

Bu ilin fevralında Misirdə baş vermiş dövlət çevrilişindən sonra ölkəni müvəqqəti hərbi şura idarə edir.