Rusiya BMT-nin Gürcüstanla bağlı iclasında iştirak etməyə hazırdır

Rusiya BMT-nin Gürcüstanla bağlı iclasında iştirak etməyə hazırdır.


BMT Təhlükəsizlik Şurası Rusiyayla Gürcüstan arasındakı gərginliyi müzakirə etməyə hazırlaşır.


İclasın keçirilməsini Tbilisi istəyib. Gürcüstanı qəzəbləndirən Rusiyanın separatçı regionlar - Cənubi Osetiya və Abxaziyayla əlaqələridir.


Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Abxaziya və Osetiyayla bağlı bütün məsələləri müzakirə etməyə hazırdır.