2016-nın yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətinin həcmi 14 milyard 153.6 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsinin bildirməsinə görə, bu keçən ilin analoji dövrünə nisbətdən 23.22 faiz azdır. Komitənin açıqlamasına görə, idxalın həcmi 6 milyard 950 milyon ABŞ dolları olub (6.64 faiz azalma). İxrac isə 7 milyard 195 milyon ABŞ dollarına (34.48 faiz azalma) bərabər olub.
Buna da bax: 'Azərbaycan ərzağa olan tələbatının yalnız yarısını ödəyə bilir'
Əsas malların ixracında azalma faizləri...
Xam neft – 32.15 faiz
Neft məhsulları – 51.54 faiz
Təbii qaz – 47 faiz
Çay – 66.68 faiz
Bitki və heyvan mənşəli piylər, yağlar – 90.11 faiz
Şəkər – 70,41 faiz
Spirtli və spirtsiz içkilər – 29.52 faiz
Plastmas və onlardan hazırlanan məmulatlar – 16.03 faiz
Buna da bax: 'Beta' çayı istehsal edən şirkət bağlanır?
Əsas ixrac mallarından qara metal, ondan hazırlanan məmulatlar – 172.08, pambıq iplik – 34, meyvə-tərəvəz – 21.83, alüminium və ondan hazırlanan məmulatlar – 8.50 faiz artıb.
İdxalda əsas mallarda artım belə olub: Ət – 112.99, süd – 131.52, kərə yağı və süddən hazırlanmış digər yağlar – 121.34, meyvə- tərəvəz 126.98, çay – 189.80, şəkər 47.46 faiz.
Buğda, tütün və tütün məmulatlarının idxalının azalması diqqət çəkir. Ötən ilin 10 ayı ilə müqayisədə ölkəyə 9.35 faiz az buğda və 48.51 faiz az tütün və tütün məmulatları gətirilib.