Tortdan sonra yumurta. Müxalifət liderinə yeni hücum- [Video]

-

Rusiyada müxalifət lideri Mixail Kasyanov yenə hücuma məruz qalıb.

Vladimirə hücum zamanı onu yumurta atəşinə tutublar.

Müxalifət lideri maşından düşüb jurnalistlərlə görüşəcəyi binaya yönələrkən "NOD" hərəkatının üzvləri onun arxasınca onlarla yumurta atıblar.

Aksiyaçılar onu "satqın", "Amerikanın casusu" adlandırıblar.

Bu günlərdə restoranda Kasyanovun üzünə tort da çırpmışdılar.

Yanvarın sonunda isə Çeçenistan rəhbəri İnstaqram-da onun fotoşopla snayper nişangahına alınmış şəklini paylaşmışdı.

____________________________________________________________

Youtube səhifəmizdə bu videolara da bax:

____________________________________________________________