Qırmızı gəlin- FOTOLAR
İlqar dayı Göyçayın Bığır kənd sakinidir və tək başına nar bağına qulluq edir, gündəlik xərclərini də nardan çıxarır.
Narı ağacda soyuq aylara kimi saxlayıb daha baha satmaq üçün onu bu cür sellofanda bağlayırlar.
Azerbaijan-Goycay-Nar
Kəndlilərin sözlərinə görə, yağış bol olduğundan bu il ötən ilkindən daha az məhsudlar olub.
Həyətində bir neçə şirin nar ağacı var və İqlar dayı deyir, bu narları çox vaxt pay verirlər.
Narı bu cür saxlayıb Yanvarda kilosunu 10 manata da satırlar Bığır kəndində.
İlqar dayı nar bağına təkbaşına qulluq edib məhsulunu yığıb satır.
Bığır kənd sakinin sözlərinə görə, narın satışına dövlət dəstəyi olmalıdır ki, dəyəri artsın.
Əzilmiş və bütöv olmayan narı çox ucuza - kilosunu 15 qəpiyə nar şirəsi və s məhsullar istehsal edən şirkətə satırlar.
Bəzi şirkətlərin də narın aşağı qiymətə alması kəndlini razı salmır.
Pulu nardan çıxan Göyçayın Bığır kənd sakini.
Sakinlərin sözlərinə görə, Göyçayın özündə də Bığır kəndinin narı daha dadlı və baha olur.
Göyçayın Bığır kəndinin nar bağları Sovet dövründən məşhur olub.