Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 05:41
Ilham Əliyev
Ilham Əliyev

AzadliqLive - İlham Əliyev :"Biz hazır deyildik"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir

15:06 8.2.2016

İntihara cəhd edən sahibkar danışdı

Ötən həftəsonu «Amal-D» MMC-nin başçısı Dönməz Məmmədov Bakıda körpüyə qalxaraq intihara əl atdı. Hüquq-mühafizə orqanları onu fikrindən daşındıra bildilər. Bəs sahibkarı intihara əl atmağa vadar edən səbəbləri necə, aradan qaldırdılarmı?

O deyir ki, fevralın 10-da mətbuat konfransı keçirəcək, bundan 1 həftə sonra Nəqliyyat Nazirliyində görüşüb problemi həll eləməsələr, ya yenidən intihara əl atacaq ya da aclıq aksiyası keçirəcək. "Geriyə yolum yoxdur."

15:45 8.2.2016

Elektrikə qənaət və ya Bakıya qaranlıq çökür ...

Bakıda elektrik enerjisinə qənaət edilməsi tədbirlərinə başlanıb. Artıq bir neçə gündür ki, paytaxtın bir çox küçə və meydanlarında gecə saatlarında işıqlar söndürülməyə başlayıb.

Qənaət rejimi dünya bazarında neftin qiymətinin kəskin düşməsi və manatın ucuzlaşmasından sonra hökumətin müxtəlif xərclərə nəzarəti artırması ilə bağlıdır.

Bakı Şəhər İşıq İdarəsinin Səbail rayon şöbəsinin müdiri Şahmurad Məmmədov ANS-Prsess-ə açıqlamasında deyib ki, paytaxtın bütün ərazilərində qənaət məqsədi ilə axşam saat 22:00-dan sonra işıqlar söndürüləcək.

16:49 8.2.2016

Atıcılıq Mərkəzində də toy eləmək olar

“Təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün gözəl şərait var.”

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. "Burada ad günləri, mərasimlər keçirmək üçün istənilən şərait var. Şəxsən mən İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam".

Dünya təcrübəsində də belə halların olduğunu deyən nazir əlavə edib ki, Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandır və xərclərini ödəmək baxımından mühümdür".

Bir neçə gün öncə Bakı Olimpiya Stadionu da toy mərasimləri təşkil etməsi haqda anons yayıb.

18:33 8.2.2016

2016-cı il Naxçıvanda nə ili elan olunub?

2016-cı il Naxçıvan Muxtar Respublikasında “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilib.

APA-nın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov YAP Naxçıvan Muxtar Respublika Təşkilatının 2015-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı iclasında açıqlayıb.

Davamı

XS
SM
MD
LG