Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 10:52
Ilham Əliyev
Ilham Əliyev

AzadliqLive - İlham Əliyev :"Biz hazır deyildik"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir

13:01 8.2.2016

Atalar 3-dən deyib...

«Exo» qəzeti isə devalvasiyadan sonra manatın kursuna toxunub. Bu mövzuya həsr edilən bir məqalədə qeyd edilir ki, Azərbaycan manatı «üzən məzənnə»yə keçdikdən sonra onun dollar və avroya nisbətdə kursu müntəzəm olaraq enməyə başladı. Amma son bir neçə gündə nisbi sakitlik yaşanır. Yəni, manatın ucuzlaşması dayanıb və hətta bir qədər də qiyməti qalxıb. Neftin qiyməti kifayət qədər aşağı olduğu indiki vaxtda manatın hətta əhəmiyyətsiz dərəcədə olsa belə güclənməsini ekspert şərh edir. Media icmalı

13:04 8.2.2016

Məscidlərə kamera

Bu il böyük məscidlərdə kameraların quraşdırılması başa çatdırılacaq. ANS xəbəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlıya isnadən yayıb.

Müavin hazırda bu yöndə iş getdiyini, yaxın vaxtlarda ölkədəki məscidlərdə müşahidə kameralarının quraşdırılmasına başlanacağını söyləyib.

S.Salahlı deyib ki, bundan sonra məscidlərin səlahiyyətli şəxsləri və aidiyyəti qurumların mütəxəssisləri kameralar vasitəsilə nəzarəti həyata keçirəcəklər: «Hər hansı xoşagəlməz hadisə baş verərsə, səlahiyyətli qurumlara məlumat veriləcək. Əsas məqsəd odur ki, əhali, dindar kəsim ibadət yerlərində dini ayinlərini rahat icra edə bilsinlər. Təxribat törədən şəxslər isə dərhal müəyyən edilə bilsin».

13:24 8.2.2016

Azərbaycan 5 il Formula-1 yarışlarını keçirməyə məhkumdur

"Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda "Formula - 1" yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik".

APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

A. Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər: "Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".

14:27 8.2.2016

"Neft daha bir sülaləni titrədir"

«Ötən il Azərbaycanın valyuta ehtiyatlarının azalması və manatın iki dəfə devalvasiyaya uğraması bu neftdənasılı asılı ölkəni sərt sınağa çəkdi. Uzun zamandan bəri ölkəni yönəldən liderin iqtisadi və siyasi çətinlikləri hələ indi başlanır». Bunu «Bloomberg»agentliyinin saytında Balazs Penz yazır.

Müəllif vurğulayır ki, prezident İlham Əliyev nabələd bir sahəyə girib, manat ötən ilin ən pis valyutası elan olunub. Ailəsi 40 ildən çoxdur bu ölkəni idarə edir. Ancaq qiymətlər birdən qalxdığından o, 10 ili aşan idarəçiliyi dönəmində ən böyük narazılıqla üzləşir: «Azərbaycandakı çığır-bağır və narazılıq neft ucuzlaşdıqca, ona tapınan sülalələrin problemlərini göstərir».

«Economist Intelligence Unit» təşkilatının Azərbaycan üzrə təhlilçisi Alex Nice eyni mövzuya toxunaraq yazır: «Prezidentin belə böhranı çözmək təcrübəsi yoxdur. O, həyat standartı və maaşların ilbəil yüksəlməsinə alışıb... Neftdən asılılıq Səudiyyə Ərəbistanını xatırladır, ancaq Azərbaycanın suveren ehtiyatları daha kiçikdir».

«Standard&Poor’s» reytinq agentliyi bu il ölkədə inflyasiyanın 15 faizi haqlayacağını düşünür, çünki ərzaq və idxal mallarının qiyməti kəskin qalxıb.

Davamı

XS
SM
MD
LG