Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:58

"İntiharların əsas səbəblərindən biri sosial gərginlikdir"


Arxiv fotosu
Arxiv fotosu

Neftçala rayonunda 12 yaşlı uşaq intihar edib. Bu, intiharlar barədə demək olar ki, hər gün gələn xəbərlərdən sonuncusudur. 12 yaşlı uşaq niyə intihar etsin? Yaşlıların tutaq ki, kredit borcu var, və ya şəxsi problemləri var, 12 yaşlı uşaq niyə intihar etsin?

Azərbaycanda intiharlar və xüsusilə də, intharlara cəhdlər niyə belə çoxdur?

Psixoloq Azad İsazadə deyir ki, intiharların qarşısını almaq üçün onun səbələrini araşdıran ciddi bir quruma ehtiyac var:

“İntihar mövzusundan danışanda qeyd etməliyik ki, intiharın risk qrupları var, yaşları var. Yeniyetmələr risk qrupunu daxildirlər. ən böyük intihar risk qrupu yeniyetmə sayılır. Amma təəssüflə qeyd etmək lazımdır ki, yeniyetmələrin risk qrupunun çərçivəsində yaş baxımından intiharlar cavanlaşır. Hətta uşaqların arasında da intihar hallarına daha tez-tez rast gəlinir. Səbəbləri çoxdur.

Yeniyetmələr adətən maksimalist olurlar. Onlar üçün hər bir uğursuzluq həyatın bitməsi deməkdir deyə yaşamaq üçün səbəb görmürlər və bəzən intiharlara əl atırlar. Problem Azərbaycanda get-gedə çoxalır. Ümumiyyətlə şərq, cənub ölkələrində şimal, qərb ölkələrinə nisbətən intiharlara daha az rast gəlinir.

Azad Isazadə, 2013
Azad Isazadə, 2013

Amma son zamanlar doğurdan da intiharların sayı çoxalmağa başlayıb. Bu problemi həll etmək üçün araşdırmalara ehtiyac var. Bu gün intiharlarla məşğul olan faktiki heç bir qurum yoxdur. İntiharların qarşısını almaq üçün birmənalı onları araşdıran bir quruma ehtiyac var. Bəlkə də bir neçə nazirliyin birgə yaratdığı bir qurum.”

ÇARƏSİZ QALANDA...

Psixiatr Dəyanət Rzayev isə düşünür ki, İnsanlar çarəsiz qaldıqda, problemlərini deməyə kimsə tapmadıqda və onu həll edə bilmədikdə bəzən bu yola əl atmalı olurlar:

“Dünyada intihar edən adamların kimliyini, hansı psixologiyaya malik olduğunu müəyyən edən ümumi standartlar var. İntihar edən insanların 90 faizi psixi sağlam insanlardır. 10 faiz ola bilər ki, psixi problemi olsun. Digər isə 40 yaşını keçən insanlardır. Əsas kateqoriya risk qrupu dedikləri bunlardır. Bu gün situasiya bir az fərqlidir. Bu gün cavan, uşaq, qadın intihar edir. Halbuki qəbul olunub ki, qadınlar intihardan daha çox danışır, amma kişilər daha çox buna əl atır. Səbəblər müxtəlifdir. Statistika aparmaq lazımdır. Yəni neçə adam özünü öldürüb və səbəbləri nədir?

Psixoloq Dəyanət Rzayev: "Sosial ədalətsizlik, təbəqələşmə..."
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00
Direct-ə keçid

Təəssüflər olsun ki, konkret olaraq belə bir statistika aparılmır. Bizdə baş verən intiharlar bu sahə üzrə müəyyən çərçivəyə sığımır. Təəssüflər olsun ki, mövzuya səthi yanaşırlar, ciddiyə almırlar. İntiharın qarşısını almaq üçün profilaktik tədbirlər görmək lazımdır. Sosial ədalətsizlik, təbəqələşmə, insanların özlərini bir-biri ilə müqayisə etməsi bu səbəblərdəndir. İnsanın bir problemi var müraciət etməyə kimsə tapmır. Kim ona qulaq asacaq? Hansısa məmurun qapısını döymək çox çətindir. İnsan sadəcə çalışır ki, diqqət cəlb etsin, öz problemini həll etsin. İnsan çıxılmaz vəziyyətə düşəndə və anlayanda ki, heç kim ona kömək etməyəcək təəssüf ki, bu yola əl atır. “

SOSİAL GƏRGİNLİK

Psixoterpevt Vəfa Əkbər isə bildiri ki, intiharların başlıca səbəblərindən biri cəmiyyətdəki sosial gərginlikdir.

“Heç kimə sirr deyil ki, hazırda sosial gərginlik var. Bu gərginlik birbaşa olaraq böyüklərə təsir edir. Və bu sosial gərginlik ən birinci ailədə özünü göstərir. Bəzən unuduruq ki, ailədə uşaqlar böyüyür. Və bu gərginlik uşaqlarda da gərginlik, əsəb, stress yükləmiş olur. Bütün bunlar bəzən uşaqlarda travmalı şəxsiyyətin formalaşmasına gətirib çıxarır. Əgər həmin ailə, uşaq zəifdirsə, həmin ailədə intihar qaçılmazdır. Bəzən ailədəki qadağalar da uşaqğı bu vəziyyətə gətirib çıxarır. Təbii ki, burda intihar yeganə çıxış yolu deyil. Amma valideynlər son nəticədə düşünmür ki, mənim qadağalarım, uşağı dinləməməyim nəyə gətirib çıxaracaq.

Sosial mediada, KİV-də intihar haqqında danışmalar, çəkilən kriminal filmlər, ordakı intihar növləri uşaqlarda intiharların daha rəngli olmasını formalaşdırır. Və bir balaca da buna əyləncə kimi baxırlar. Nəticədə qarşımızda intihar edən yeniyetmə, gənc, böyük və uşaq görürük.”

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun

Uşaqlar niyə intihar edir?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında- 27 iyun

Azərbaycan səhiyyəsi beynəlxalq reytinqlərdə
XS
SM
MD
LG