Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:47

Əl Qaidənin Şərqi Afrikadakı lideri öldürülüb


Fazul Abdullah Mohammed
Fazul Abdullah Mohammed
ABŞ dövlət katibi Hillary Clinton əl Qaidənin Şərqi Afrikadakı rəhbərlərindən biri Fazul Abdullah Mohammadın ölümünün bu terorçu şəbəkəyə böyük zərbə olduğunu bildirib.

O 1998-ci ildə Keniya və Tanzaniyadakı ABŞ səfriliklərində törədilmiş partlayışların əsas təşkilatçısı hesab olunurdu.

Həmin partlayışlarda 200-dən çox adam ölüb.

Somalinin hakim dairələri onun ötən həftə ölkə paytaxtı Moqadişdə təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü və bunun DNK testiylə təsdiqləndiyini xəbər verir.

Mayın əvvəlində əl Qaidə lideri Osama bin Laden Pakistanın Abbotabadda şəhərində yaşadığı evdə ABŞ hərbçiləri tərəfindən öldürülüb.

Osama bin Laden öldürülməsiylə bağlı CBS kanalının «60 dəqiqə» verilişinə müsahibə verən Obama meyitdən götürülən DNT testinin nəticələrini açıqlamışdı. ABŞ prezidenti bildirmişdir ki, xüsusi əməliyyat qüvvələri tərəfində Pakistanda qətlə yetirilən şəxsin bin Laden olması barədə şübhə yeri qalmayıb.
XS
SM
MD
LG