Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 09:49
Ilham Əliyev
Ilham Əliyev

AzadliqLive - İlham Əliyev :"Biz hazır deyildik"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir

16:12 12.2.2016

Daha bir vəkili cəzalandırırlar

Daha bir vəkilin – Yalçın İmanovun cəzalandırılması üçün Vəkillər Kollegiyasına müraciət olunacaq. Fevralın 12-də Nərimanov Rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin işinə baxan hakim Turqay Hüseynov bu barədə qərar qəbul edib.

Məhkəmə iclasında öncə şahid qismində Aqşin Haqverdiyev dindirilib. O, Məmməd İbrahimin heç kimi döymədiyini, əksinə, onun özünü döyməyə çalışıb söydüklərini bildirib:

15:24 12.2.2016

"Bunun ermənilərlə əlaqəsi yoxdur"

Bunu ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbəri, «Azərbaycan Demokratiya Aktı» adlı qanun layihəsinin müəllifi Chris Smith fevralın 11-də komissiyanın iclasında söyləyib:

«Azərbaycan Demokratiya Aktı»nın məqsədi cinayət törətməyən insanları həbsdən azad etdirməkdir. Bunun ermənilərlə heç bir əlaqəsi yoxdur. Sənəddə Azərbaycanda insan haqlarından danışılır».

14:56 12.2.2016

Qeydiyyatsız filmə 2 min manat cərimə ödənəcək

Mədəniyyət və Turizm Nazirliyi İnzibati Xətalar Məcəlləsində dəyişikliklə bağlı bildiriş yayıb.

14:15 12.2.2016

Dollar kreditini 1,05 məzənnəsi ilə qaytarmaq layihəsi

Əmək və Sosial Siyasət Komitəsinin üzvü Araz Əlizadə AzaldıqRadiosuna deyib:

– Hazırda Komitədə valyuta ilə kredit götürən şəxslərin banklara borclarını ikinci devalvasiyadan əvvəlki kursla, yəni 1.05-lə ödəməsini tənzimləyən qanun layihəsi üzərində işləyirik. Söhbət 10 minə qədər krediti olan şəxslərdən gedir. Başqa təkliflər də var, ancaq onların haqqında hələ danışmaq tezdir, çünki hazırda müzakirə səviyyəsindədir.

Davamı

XS
SM
MD
LG