Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:42
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

09:16 19.10.2020

Cəbhədə son vəziyyət

Ermənistan silahlı qüvvələrinin gecə ərzində Goranboy, Tərtər, Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutduqları bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 19-u saat 8:15-də məlumat yayıb.

"Bu gün (oktyabrın 19-u) səhər saatlarından Ağcabədi rayonunun ərazisi də atəşə tutulur", - nazirlik qeyd edib.

AMN yuxarıdakı məlumatın yayılmasından təqribən 15 dəqiqə əvvəl isə bildirmişdi ki, oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən qarşı tərəflə döyüş əməliyyatları davam edib.

Açıqlamaya görə, qarşı tərəf Azərbaycan bölmələrinin müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. "Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir", - məlumatda vurğulanıb.

09:07 19.10.2020
Tərtərin Həsənqaya kəndi mərmi atəşləri altında
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

09:03 19.10.2020

Avropa Birliyinin Xarici siyasət rəhbəri Jozep Borrel oktyabrın 18-də Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə zəng vuraraq atışmanın davam etməsini pisləyib, onları atəşkəsə əməl etməyə çağırıb.

"Döyüş daha çox mülki şəxsin əziyyət çəkməsinə səbəb olur. Dövlətlər və cəmiyyətlər arasında münaqişəni dərinləşdirir, yaraların sağalmasını daha da çətinləşdirir", – Borrel telefon zənglərindən sonra yaydığı bəyanatda deyir.

09:01 19.10.2020

13 kəndin işğaldan azad olunduğu bildirilir

Cəbrayıl rayonunun 13 kəndinin də işğaldan azad edildiyi bildirilir.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Twitter hesabında yazıb.

"Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib....", - o vurğulayıb.

Prezident Cəbrayıl rayonunun mərkəzinin isə oktyabrın 4-də azad edildiyini bəyan etmişdi.

Davamı

XS
SM
MD
LG