Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:46

Materiallarımızdan istifadə

RFE/RL-ə məxsus materiallardan istifadə üçün icazə

RFE/RL, Inc.-in - AzadlıqRadiosunun internet saytı və/yaxud ona bağlı rəqəmsal platformaların, habelə radionun 22 xidmətinin materialları ABŞ və beynəlxalq müəllif hüquqları qanunları ilə qorunur.

RFE/RL özünün rəqəmsal platformalarında dərc etdiyi mətn əsaslı materialların istifadəsini, yenidən dərcini və yayılmasını alqışlayır. Biz həmçinin RFE/RL-in mətnlərinin saytlar, elektron məktub siyahıları, xəbər qrupları və məlumat bazalarında müntəzəm yayılmasını da alqışlayırıq. Ancaq RFE/RL-ə məxsus materialların satılması qəti qadağandır.

Mətnlərdən təkrar istifadə

RFE/RL-in mətnlərinin tam istifadəsi zamanı biz RFE/RL-in adının qeyd olunmasını tələb edirik. Bunun üçün:

• Məqalənin mətnindən öncə www.rferl.org-da çap edilmiş orijinal məqaləyə daimi keçid qoyulmalıdır.

• Aşağıdakı mətn məqalənin istənilən yerinə əlavə edilməlidir: Copyright (c) 2019. RFE/RL, Inc. Reprinted with the permission of Radio Free Europe/Radio Liberty, 1201 Connecticut Ave NW, Ste 400, Washington DC 20036.

Bundan başqa, siz məhsulun mənasını, adını, yaxud bütövlüyünü dəyişdirmək və ya təhrif etməkdən çəkinməlisiniz.

RFE/RL-ə məxsus mətndən hissələri dərc edən zaman materialın məqalədən çıxarış olduğunu qeyd etmənizi və mətninizin hər hansı bir yerində orijinal kontentin linkini yerləşdirmənizi tələb edirik.

RFE/RL-in mətnlərini başqa dilə çevirərkən materialın tərcümə edildiyini, orijinal mətnin hansı dildə yazıldığını qeyd etmənizi, mətninizin hər hansı yerində orijinal kontentin linkini yerləşdirmənizi tələb edirik. Tərcümə olunmuş mətn məna, ad, yaxud məzmunun bütövlüyünü dəyişməməli və təhrif etməməlidir.

RFE/RL öz materiallarından istifadə icazəsini ləğv etmək hüququnu özündə saxlayır.

RFE/RL-in mətnlərindən təkrar istifadə, o cümlədən sindikat münasibətlərinin qurulması haqda məlumat almaq üçün media və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Martins Zvaners-lə əlaqə saxlamağınız xahiş olunur. E-mail: permissions@rferl.org

Audio, video, qrafik və foto materiallardan təkrar istifadə

RFE/RL-in saytı, RFE/RL-ə bağlı rəqəmsal platformalar, qurumun 22 xidmətində canlı yayılan və ya on-demand audio, video, qrafik, yaxud foto materialın, üçüncü şəxslər tərəfindən təkrar yayımı üçün də RFE/RL, Inc.-in yazılı icazəsi tələb olunur.

RFE/RL-in audio və video, qrafik, yaxud foto materiallarından təkrar istifadə icazəsi almaq üçün:

• Bu formanı doldurub imzalayın: RFE/RL Content License

• Formanı ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Martins Zvanersə göndərin (permissions@rferl.org). Xahiş olunan materialın RFE/RL-ə məxsus olduğu təsdiq edilən kimi forma imzalanaraq sizə qaytarılacaq.

Lisenziyada qeyd edildiyi kimi, RFE/RL-in audio və video, qrafik, yaxud foto kontentinin Azad Avropa Radiosu /Azadlıq Radiosuna (Radio Free Europe/Radio Liberty) aid olduğu aydın göstərilməlidir.

RFE/RL loqolarından istifadə təlimatı üçün permissions@rferl.org ünvanına e-mail göndərin.

Üçüncü tərəfin materialları

RFE/RL-in bəzi xəbər məhsullarının içərisində fərdi fotoqraflar, yaxud üçüncü tərəfin yaratdığı materiallar olur. Bura Associated Press, Reuters, France-Presse, ITAR-TASS və s. aiddir. RFE/RL-in içində üçüncü tərəfin kontenti olan hər hansı məhsulundan istifadə etməzdən əvvəl təkcə RFE/RL-dən yox, həmin materialların öz sahibindən də icazə almalısınız.

RFE/RL-in materiallarından təkrar istifadəyə dair bütün suallarınızı permissions@rferl.org ünvanına göndərməyiniz xahiş olunur.

Gizlilik siyasəti və istifadə qaydaları

RFE/RL öz abunəçilərinin şəxsi məlumatlarına ciddi yanaşır. Biz sizin şəxsi məlumatlarınızın qorunması məsələsində tam şəffaf olmaq istəyirik.

Biz sizin e-mail ünvanınızdan başqa hər hansı şəxsi məlumatınızı saxlamırıq. Biz yalnız sizə yazıldığınız xəbər bülletenlərini göndərmək üçün sizin e-mail ünvanınızdan istifadə edirik. Sizin e-mail ünvanınız tərəfimizdən qorunur və heç vaxt hər hansı başqa məqsədlər üçün istifadə edilməyəcək.

Bizə elektron xəbər bülletenləri işində kömək edən kənar tərəfdaşımız var - Goolara, LLC (Kaliforniya, ABŞ). Biz Goolara, LLC-nin də məlumatların qorunması məsələsinə bizim qədər ciddi yanaşmasına əmin olmaq üçün onunla müvafiq müqavilələr imzalamışıq. Bizə e-mail bülletenləri işində yardım edən digər kənar tərəfdaşımız The Rocket Science Group LLC d/b/a MailChimp şirkətidir (Şirkət ABŞ-ın Corciya ştatı, Atlanta şəhərində yerləşir).

MailChimp şəxsi məlumatların qorunma səviyyəsinin kifayət qədər yüksək olmasına təminat verən AVROPA BİRLİYİ –ABŞ ÖZƏL MƏLUMAT QALXANI ÇƏRÇİVƏ SAZİŞİNİN iştirakçısıdır. 2018-ci ilin avqustundan etibarən Goolara, LLC də AVROPA BİRLİYİ –ABŞ ÖZƏL MƏLUMAT QALXANI ÇƏRÇİVƏ SAZİŞİNDƏ iştirak edir.

Məlumatlarınızın qorunması ilə bağlı hər hansı sualınız varsa, tərəddüd etmədən bizimlə dataprotection@rferl.org ünvanında əlaqə saxlayın.

XS
SM
MD
LG