Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:03
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

23:28 25.10.2020

İlham Əliyev: "Qubadlı şəhəri işğaldan azad edilib"

Prezident Ilham Əliyev okyabrın 25 axşam keçirilən müşavirədən sonra Qubadlı şəhərinin də işğaldan azad olduğunu bildirib.

Əliyev Twitter-də yazıb - Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Qubadlı rayonun mərkəzi 1993-cü avqustun 31-də işğal edilmişdi.

Qubadlı şəhərinin işğaldan azad olunması xəbərindən sonra Xəzər dənizində Azəbaycan gəmiləri siqnal verir

Qubadlı şəhərinin işğaldan azad olunması ilə bağlı Xəzərdəki Azərbaycan gəmiləri siqnal verirlər
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

Oktyabrın 25-də Azərbaycan prezidenti, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində bu nazirliyin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, müdafiə naziri Zakir Həsənov prezident İlham Əliyevə raport verib. Daha sonra dövlət başçısı operativ müşavirədə çıxış edib. Prezident İlham Əliyev deyib ki, bir aya yaxındır müharibə gedir:

“Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir...”

Ətraflı: https://www.azadliq.org/a/30911941.html

19:33 25.10.2020

Müdafiə Nazirliyi yeni məlumat yayıb

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.

Bu barədə AMN oktyabrın 25-i, saat 19:20 radələrində məlumat yayıb.
Qeyd edildiyinə görə, Azərbaycan bölmələrinin gördüyü tədbirlər nəticəsində qarşı tərəf geri çəkilib.

13:33 25.10.2020

AMN: “Yaşayış məntəqələrimiz atəşə tutulur”

Ermənistan silahlı qüvvələrinin Ağdam, Tərtər və Ağcabədi rayonlarının ərazilərini atəşə tutduğu bildirilir.

Bu barədə oktyabrın 25-i, saat 13:19-da Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

10:21 25.10.2020

“Cəbhədə oktyabrın 25-nə olan vəziyyət”

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı, Laçın istiqamətlərində döyüş əməliyyatlarının müxtəlif intensivliklə davam etdiyi bildirilir.

Bu barədə oktyabrın 25-i, səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, qarşı tərəf Azərbaycan qoşunlarını atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub:
“Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib”

Açıqlamaya görə, Azərbaycan qoşunları cəbhənin müxtəlif istiqamətlərində yeni mövqelərə irəliləyib.
“Hazırda cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir”, AMN bildirir.

Sentyabrın 27-dən...

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 145 civarında kəndi, Cəbrayıl, Füzuli şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

Tərəflər bu ara düz iki dəfə hümanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar.Amma yenə cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilb. Hətta, birinci razılaşma açıqlamasından sonra Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə oktyabrın 11-i və 17-də raket zərbələrinə tutulmuşdu.Nəticədə üst-üstə 26 dinc sakinin həlak olduğu, 80-dan çoxunun isə yaralandığı açıqlanmışdı.

Ümumilikdə, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu bildirilib. Atəşkəsin pozulmasına görə, də qarşılıqlı ittihamlar səslənib.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Davamı

XS
SM
MD
LG