Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:34
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

13:03 27.10.2020

"Tərtər rayonu atəşə tutulur"

Ermənistan silahlı qüvvələrinin Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutduğu bildirilir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin (MN) oktyabrın 27-si, saat 12:50-də yaydığı məlumatda yazılıb ki, Ermənistan yeni humanitar atəşkəs rejimini kobudcasına pozur.

12:25 27.10.2020

Separatçı rejimin "müdafiə naziri" yaralanıb

Dağlıq Qarabağdakı separatçı rejimin "müdafiə naziri" Calal Arutyunyan vəzifəsindən azad olunub, yerinə Mikael Arzumanyan təyin olunub.

Separatçıların lideri Araik Arutyunyan deyib ki, səbəb Arutyunyanın döyüşlərdə yaralanmasıdır.

09:42 27.10.2020

Cəbhədə oktyabrın 27-nə olan son vəziyyət

Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 27-si, səhər saatlarında bildirib ki, Ermənistan yeni humanitar atəşkəs rejiminə riayət etmir: "Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Döyüş əməliyyatları, əsasən, cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib".

Açıqlamaya görə, qarşı tərəfin hücum etmək cəhdləri dəf edilib.

"Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir", - MN qeyd edib.

22:53 26.10.2020

ABŞ prezidenti atəşkəsə əməl olunduğunu deyir

ABŞ prezidenti Donald Trump seçki kampaniyasının növbəti tədbirlərini keçirmək üçün oktyabrın 26-da Pensilvaniyanın Allentaun şəhərinə gəlib.

Hava limanında jurnalistlərin ona verdikləri sualların arasında Azərbaycan-Ermənsitan münaqişəsinə aid olanı da vardı.

Bu barədə məlumat Ağ Evin saytında dərc olunub.

Jurnalistlə prezident arasında qısa sual-cavab yer alıb:

- Ermənistan və Azərbaycan arasında atəşkəsə əməl olunurmu?

- Eşitmədim?

- Azərbaycan və Ermənistan arasında atəşkəsə əməl olunurmu, yoxsa nə baş verir orda?

- Olunur. Atəşkəsə əməl olunur. Oldumu? Sizinlə tədbirdə görüşərik…

Bu il sentyabrın 27-dən cəbhədə döyüşlər başlanandan tərəflər arasında oktyabrın 26-sı, saat 8:00 radələrindən üçüncü dəfə humanitar atəşkəs olmalıydı.

Amma yenə də tərəflər bir-birini atəşkəsə əməl etməməkdə günahlandırır. Əvvəlki təşəbbüslərdə söhbət, əsasən, Rusiyanın vasitəçiliyindən gedirdi.

Bu dəfə isə atəşkəsə ABŞ Dövlət katibi Maykl Pompeonun vasitəçiliyi ilə razılıq verildiyi qeyd olunur.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 26-da xalqa müraciətində deyib ki, Ermənistan tərəfi yenə atəşkəsə əməl etmir. Prezidentin vurğulamasına görə, Azərbaycan, hələlik, razılaşmaya sadiqdir.

Davamı

XS
SM
MD
LG