Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:54

Əlillik dərəcəsi, sosial yardım üçün rüşvət iddiaları...


Korrupsiya
Korrupsiya

Hazırda yerli məhkəmələrdə "Qarabağ müharibəsi veteranı" vəsiqəsi almaqla bağlı onlarla mübahisələr var. Bunların bir çoxu vaxtilə Qarabağ döyüşlərində iştirakına baxmayaraq, bunu təsdiqləyən vəsiqə ala bilmədiyini iddia edən şəxslərdir. Bir sıra şəxslər də var ki, onlar "Qarabağ müharibəsi veteranı" vəsiqəsi almaq adıyla aldadıldığını, pullarının ələ keçirildiyini iddia edir. Bu qəbildən daha bir cinayət işini hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

120 minə yaxın vəsait

Təqsirləndirilən şəxs qismində məhkəmə önünə iki nəfər çıxarılıb – "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılov və Gəncədə 1 nömrəli Uşaq Xəstəxanasının həkim-pediatrı Mənzər Nəzərəliyeva. B.İsmayılov CM-in 178.2 (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) və 32.4 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham olunur. Həkimə isə yalnız CM-in 32.4 312 maddəsi ilə ittiham elan edilib. O, həbs olunmayıb.

İddia olunur ki, B.İsmayılov müxtəlif adamları ünvanlı sosial yardım, əlillik dərəcəsi, "müharibə veteranı" vəsiqəsi, əlillərə isə dövlətdən avtomobil almağa kömək adıyla aldadıb, onlardan pul alıb. İttihamda adamların ümumilikdə 119 min 600 manatının ələ keçirilməsindən söhbət gedir.

Həkimin bu məsələyə aidiyyətinə gəlincə, cinayət işinin materiallarında yazılıb ki, pul verən adamlardan 4 nəfərə əlillik dərəcəsi təyin olunmasına köməklik üçün B.İsmayılov onunla razılaşıb. Adamlardan alınan pullardan 8500 manatın həkimə çatdığı iddia olunur.

Adları çəkilən şəxslər özlərini qismən təqsirli bilsələr də, cinayət işinin materiallarında bir çox məsələlərin təhrif olunduğunu deyiblər.

Zərərçəkmiş kimi tanınmayıblar

Bu cinayət işində sosial yardım, veteran vəsiqəsi almaq və başqa məqsədlərlə pul verdiyini iddia edən onlarla adamdan söhbət gedir. Amma prokurorluq onların heç birini zərərçəkmiş qismində tanımayıb. Onların adı şahid kimi keçir. Səbəb isə budur ki, onlar pulu hansısa məqsədə nail olmaq üçün rüşvət kimi veriblər.

Həmin şəxslərin əksəriyyəti şikayətçi olsalar da, zərərçəkmiş qismində tanınmadıqlarına görə bu məhkəmədə ziyanın ödənilməsi (pulların qaytarılması) məqsədilə mülki iddia qaldırmaq hüquqları da yoxdur.

Bu cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

Ölkədə COVID-19 (koronavirus) pandemiyasıyla əlaqədar, əksər məhkəmə işləri kimi, bu proses də təxirə salınıb.

XS
SM
MD
LG