Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:45

Tbilisiyə necə mer lazımdır?


Tbilisi meri Qiqi Uqulava, Tbilisi, 5 sentyabr 2006
Tbilisi meri Qiqi Uqulava, Tbilisi, 5 sentyabr 2006
Aprelin əvvəlində canlı efirdən Tbilisi meri Qiqi Uqulava birbaşa mer seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürdü.

Qiqi Uqulava: «Şəxsən mən birbaşa seçkilərin tərəfdarıyam. Seçki 2010-cu ilin payızına təyin olunub, qoy birbaşa keçirilsin».

Ancaq paytaxt Tbilisidə keçirilən davamlı aksiyalar bu mövzunu kölgədə qoydu. Bu isə bir qədər əvvəl aksiyalara çıxan müxalifətin əsas müzakirə mövzusu idi.

Tbilisiyə hansı mer lazımdır və onun üçün hansı daha yaxşıdır? Meri indiyə qədər olduğu kimi Şəhər Sovetində seçmək, ya Tbilisi sakinlərinin onu seçməsinə imkan vermək?

Bu da sakinlərin dedikləri:

Qiorqi İəşvili: «Meri Şəhər şurası yox, xalq seçməlidir. Merin özü isə namuslu, cəmiyyətin etibarını qazanmış və əsası Tbilisi sakini olmalıdır. Çünki Tbilisidə böyümüş insan hamıdan çox öz şəhərini sevir və onun qayğısına qalır».

Bu 34 yaşlı Qiorqi İyaşvilinin fikridi. Tbilisi sakini Dmitri Manjavidze də onun fikirlərini bölüşür:

Dima Mandjavidze: «Əlbəttə insanlar üçün hökumətin idarəçiliyindən çıxmaq yerli özünüidarəetmə deməkdir. Mer təcrübəli, etibarlı və cəmiyyətin inamını qazanmış şəxs olmalıdır».

Ekspert Vaxtanq Xmaladze izah edir ki, hər iki seçki sxemi demokratikdir. Həm birbaşa yolla keçirilən, həm də Şəhər Sovetinin keçirdiyi. Ekspert hesab edir ki, problem qanunvericilikdədir: «Şəhər Sovetinin seçki sistemi ədalətli olmalı və vətəndaşların iradəsini əks etdirməlidir. Seçkilərin özü isə saxtalaşdırılmamalıdır».

Ancaq seçki sistemi problem olaraq qalır. Elə bu sistemlə də insanların narazı olduğu Şəhər Sovetinə seçkilər keçirilir. Bu qurumsa öz növbəsində şəhər merini seçir.

Xmaladze izah edir ki, bu sistem mövcud olan sistemlərin ən az demokratik olanıdır, məhz buna görə də: «Bu sistem siyasi azlığın nümayəndəsinin Şəhər Sovetində təmsil olunmasına imkan vermir. Əvəzində isə seçicilərin hətta yarısının dəstəyi olmayanlar üçün hər şeyi əldə etməyə şərait yaradır. Şəhər Sovetinə bu cür mer seçkisi sistemi cəmiyyətin istədiyi nəticəni vermir».

Əgər qanunvericilik dəyişməsə, ancaq meri xalq seçsə, ekspert hesab edir ki, bu zaman xalqın seçdiyi merlə Şəhər Soveti arasında qarşıdurma olacaq.

Merin Şəhər Soveti tərəfindən seçiləcəyi təqdirdə namizədi Sovetin özü irəli sürür. Birbaşa seçki vaxtı isə bu əksinə, siyasi partiya və ya ictimai təşəbbüs qrupları tərəfindən baş verir.
Mer siyasi fiqur olmalıdırmı sualına Vaxtanq Xmaladze cavab verir ki – olmalıdır.

Fərqli sistemlərdə seçkilər də fərqlidir. Gürcüstan reallıqlarını nəzərə alaraq demək olar ki, insanların yaxşı menecerdənsə tanış siyasi fiquru seçmək şansı daha çoxdur.

Daha bir problem də var, bu da özünü idarəetmənin səmərəliliyi məsələsidir. O cümlədən, özünü idarəetmə büdcəsinin formalaşması sistemi.

Vaxtanq Xmaladze: «Əgər özünüidarəetmənin əksəriyyətində müxalif köklənmiş siyasi qruplar dayansa, çox güman ki, mərkəzi hakimiyyət özünüidarəetməyə kifayət qədər vəsait ayırmayacaq».

Tbilisi Şəhər Sovetinin sədri Zaal Samadaşvili merin son təşəbbüsü ilə bağlı şərh verməkdən çəkindi, onun fikrincə, bu hələlik merin öz şəxsi təşəbbüsüdür. Sovetin hüquq komissiyasının sədri Andro Alavidze deyir ki, mer dolayı yolla seçiləndə ona nəzarət etmək mümkündür:

«Mən əksinə düşünürəm, merin dolayı yolla seçilməsi onun üzərində real nəzarət mexanizminin bir növüdür. Meri Şəhər Şurası seçəndə, mer Şura qarşısında məsuliyyət daşıyır və onun fikirlərini nəzərə alır».

Merin xalq tərəfindən seçiləcəyi təqdirdə isə Andro Alavizde deyir ki, bu halda qanuna yenidən baxmaq lazım gələcək.

Həmçinin oxu:

Bakının meri olmalıdırmı?

Yerevan özünə ağsaqqal - mer seçməyə hazırlaşır
XS
SM
MD
LG