Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 21:52

E.Məmmədyarov H.Klintonla müzakirə etdiyi məsələləri açıqladı


Elmar Məmmədyarov və Hillari Klinton, 5 may 2009
Elmar Məmmədyarov və Hillari Klinton, 5 may 2009
ABŞ-da səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 5-də Dövlət katibi Hillari Klintonla görüşündən sonra jurnalistərin sualarına cavab verdi. "Azadlıq" radiosunun əməkdaşının da iştirak etdiyi tədbirdə Elmar Məmmədyarov Qarabağ, enerji, xarici radioların Azırbaycanda yayımı kimi məsələləri müzakirə etdiklərini söylədi.

QARABAĞLA BAĞLI

O bildirdi ki, görüşdə Qarabağ məsələsi müzakirə olunub və Dövlət katibi birmənalı şəkildə ifadə edib ki, Obama administrasiyası bu münaqişənin tezliklə həll olunmasında çox maraqlıdır və bu məsələ üzərində daha da ciddi işləməyə razıdır.

“Amerika hesab edir ki, münaqişənin həlli istiqamətində nə qədər tez irəliləyiş olsa bir o qədər yaxşıdır”, - deyə Məmmədyarov əlavə etdi.

Məmmədyarov bildirdi ki, Obama administrasiyası istəyir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında mayın 7-də Praqada və bundan sonra daha 2 iki görüşdə, habelə Minsk qrupu həmsədrlərinin regiona səfərləri nəticəsində bir irəliləyiş əldə edilsin

"YOL XƏRİTƏSİ", REGİONDA İNKİŞAF VƏ ENERJİ

Erməniatanla Türkiyə arasında imzalanmış "Yol xəritəsi" sazişində Azərbaycanın rolu məsələsinin müzakirə olunub-olunmaması ilə bağlı suala cavab verən Məmmədyarov dedi ki, bu məsələ Türkiyə ilə Ermənistan arasında olduğu uçun sualı həmin ölkələrə vermək lazımdlr.

Dövlət katibi ilə muzakirə olunan məsələri sadalayan Elmar Məmmədyarov daha çox enerji əməkdaşlığı, regionada və Azərbaycanda inkişaf məsələlərini qeyd etdi. Nazir əlavə edir ki, xanım Klinton Gürcüstanda qiyam xəbərlərindən narahat olduğunu bildirib, cünki bu məsələ bütün regionda sabitliyə təsir edən bir hadisədir.

AMERİKA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR

Azərbaycan xarici işlər nazirindən əvvəl Hillari Klinton onun Ermənistanlı həmkarı Eduard Nalbaldyanı da qəbul etmişdi. Bununla bağlı jurnaslitlər maraqlandılar ki, Klinton erməni tərəfinin mövqeyində hər hansı bir dəyişikliyin baş verməsi haqda Məmmədyarova məlumat veribmi.

Məmmədyarov görüşün ikitərəfli olduğunu, Azərbaycan-Amerika münasibətlərinə həsr olunduğunu xatırladaraq bildirdi ki, Azərbaycanın Ermənistnla olan münasibətlərinə gəldikdə hər şey mayın 7-də bu iki ölkə prezidentlərinin hansı nəticəyə gəlməsindən asılıdır. Sonrakı fəaliyyət istiqaməti bu görüıüşün nəticəsinə uyğun müəyyənləşəcək.

Azərbaycan Xarici İşlər naziri vurğuladı ki, Amerika bu görüşün effektivliyini vacib sayır.

Məmmədyarov həm də qeyd etdi ki, Amerika Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.

XARİCİ RADİOSTANSİYALARIN YAYIMI İLƏ BAĞLI

Azərbaycanda xarici radiostansiyaların yayımlanması məsələsinə toxunduqlarını deyən Məmmədyarov bildirdi ki, Amaerika tərərfi saziş təklif edir ki, Azərbaycan radiosu Amerikada, Azad Avropa və Amerikanın səsi radiostansiyaları isə Azərbaycanda yayımlansın. O qeyd edir ki, ikitərəfli danışıqlar davam edir. Amma bu danışıqlar Xarici İşlər Nazirlikləri səviyyəsində deyil, yayım şuraları səviyyəsində aparılır.
XS
SM
MD
LG